8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasından martın 14-də buraxılacaq.
Hurriyyet.org xəbər verir ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report”a açıqlamasında deyib ki, İsa Qəmbərin səhhəti tam normallaşıb: "Bizdə olan məlumata görə, bu həftənin çərşənbə günü, martın 14-də xəstəxanadan buraxılacaq. Yəqin ki, bu həftənin sonunda, ən geci növbəti həftənin əvvəlində Bakıda, evində olacaq”.
G.Aslanlı qeyd edib ki, İsa Qəmbərin növbəti dəfə müayinəyə ehtiyacı olacaqsa, yenə də Türkiyədəki xəstəxanaya gedəcək: "Azərbaycan həkimlərinin bacarığı göz qabağındadır”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasına yerləşdirilib.