18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF President Vladimir Putin bu gün Sankt-Peterburq şəhərinə yola düşüb. Sabah həmin şəhərdə MDB-nin qeyri-formal sammiti keçiriləcək. Putin bu gün Sankt-Peterburqda tacikistanlı həmkarı Emomali Rahmonla görüşəcək. 2024-ci ildə MDB-yə Rusiya sədrlik edib, 2025-ci ildə isə estafet Tacikistana veriləcək. Kremldən verilən açıqlamaya görə, dekabrın 25-26-da reallaşdırılacaq proqram Rusiyanın 2024-cü ildə MDB-dəki sədrliyinə həsr ediləcək. Bundan sonra liderlər bir-biri ilə qeyri-formal şəraitdə ünsiyyətdə ola biləcəklər. Dekabrın 26-da isə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək, burada müşahidəçi ölkələrin - Özbəkistan ilə Kubanın da təmsilçiləri iştirak edəcəklər. Bir sıra sənədlərin imzalanacağı gözlənilir. Bütün tədbirlər Leninqrad vilayətindəki "İqora" kurort kompleksində keçiriləcək.