Gürcüstan azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Gürcüstan azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Əli Babayev, Qazaxıstanın Aktau şəhərində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğızstan və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda   insanın həlak olmasına səbəb olmuş təyyarə qəzasından dərin kədər hissi keçir.

O, təyyarə qəzasında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, faciəvi hadisədə yaralanlarların tez sağalmasını arzulayır.



Oxşar Xəbərlər

Xəbər lenti