Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Milli birliyin və bərabərliyinin simvoludur. Uzun zaman bir-birindən ayrı qalan Azərbaycan xalqı şimali və cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması Azərbaycanı bütövləşdirməyə cəhd idi. 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə iclas keçirildi. Bu iclasda dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması qərarı qəbul edildi. Bu həmrəylik azərbaycanlılarının təşkilatlanmasına, milli və mənəvi birliyin güclənməsinə şərait yaratdı. Bu müqəddəs gün barəsində Ümummilli Lider Heydər Əliyev çıxışında tarixə düşən bir söz söylədi:

“ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam ! ” 

     Ümummilli Lider Heydər Əliyev kursunun davamçısı Cənab İlham Əliyev xarici ölkələrə səfər edən zaman diaspor nümayəndələri ilə görüşən zaman hər daim onların problemləri ilə maraqlanıb və dəyərli fikirlərini onlarla bölüşüb, onlara tövsiyyə verib. 

    2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu qurultay soydaşlarımız arasında milli mənəvi şüurunun güclənməsinə böyük təsir etdi və xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunlar qəbul edildi. 

    2007-ci il mart ayının 9-da Azərbaycan və Türk diaspor təşkilatları arasında forum keçirildi. Bu forumda “Bir millət iki dövlət” prinsipi əsas tutularaq türk dilli xalqlar arasında əməkdaşlığın güclənməsi ön plana çıxdı. 

Vətən müharibəsi zamanı Azərbaycan xalqı Cənab prezident İlham Əliyev ətrafında sıx birləşərək birlik nümayiş etdirdi. 

2022- ci il aprel ayının 22-də Şuşada dünya azərbaycanlılarının V qurultayı-Zəfər Qurultayı keçirildi. Bu qurultayın adının  Zəfər Qurultayı olması çox təbii idi. Çünki, zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları bir araya toplaşırdı. Bu bir bayram idi. Bu bayramı bizə müstəqillik dövründə yetişən gənclər bəxş etmişdi. Bu qələbə xalqı birləşdirən qələbədir. İstər azərbaycanda, istər xaricdə yaşayan soydaşlarımız qürur hissi keçirir. Dünyanın hər bir yerində yaşayan azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 

     Bu tarixi qələbənin simvolu “ Dəmir Yumruq”dur. Bu gün hər bir azərbaycanlı Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru addımlayır. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq !

 

Ayaz Hüseynov

Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin tarix müəllimi             
Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti