Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Sozcu.info xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Qanun dərc edildikdən sonra qüvvəyə minib.
Tribunainfo.az