Dünən, 13:55
15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
19 fevral 2025-ci il tarixdə Beyləqan RİH-də növbəti vətəndaş qəbulu keçirildi.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Sozcu.info xəbər verir ki, qəbul zamanı rayon rəhbəri ümumilikdə 23 nəfər rayon sakinini qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sozcu.info