18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Dünyanın əksər ölkələrində, xüsusilə də keçmiş sovet respublikalarında sabitliyin pozulduğu bir zamanda Azərbaycan sabitlik adası kimi görünür. Ancaq Azərbaycandakı bu sabitliyin bir çox qüvvələrin maraqlarına uyğun olmadığı yeni bir şey deyil. Hətta son zamanlar Azərbaycanda sabitliyin pozulması üçün fəaliyyətin artması da müşahidə olunur. Ölkədə sabitliyi qorumağı çalışan Prezident İlham Əliyev qətiyyətli siyasət həyata keçirir, hökumət müəyyən addımlar atır. Belə bir vəziyyətdə bütün dövlət qurumlarının vəzifəsi öz fəaliyyətlərini Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun həyata keçirməkdir. Hökumətin, onun ayrı-ayrı strukturlarının bu vəzifənin öhdəsindən layiqncə gəldiyi söyləyə bilərik. Təəssüf ki, eyni sözləri Baş Dövlət Yol Polisi haqqında söyləmək olmur. Dövlət Yol Polisi əməkdaşlarının ard-arda cəmiyyəti qəzəbləndirən, bəzi hallarda kütləvi etirazlara səbəb hərəkətləri Prezident İlham Əliyevin sabitliyi qorumaq üçün həyata keçirdiyi siyasətin əleyhinə işləyir. Bir müddət öncə İsmayıllıda, ardınca İmişlidə Yol Polisi əməkdaşlarının fəaliyyəti qarşıdurmaya səbəb olub. Gözləmək olardı ki, BDYP-nin rəhbərliyi bu hadisələrdən nəticə çıxararaq belə hadisələrin bir daha təkrar olmaması üçün lazımi tədbirlər görəcək. Təəssüf ki, belə tədbirlər görülməyib. Ona görə də, Yol Polisi əməkdaşlarının cəmiyyətdə narazılıq yaradacaq əməlləri davam edir.
Dörd il öncə Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan Xəyyam Əliyevə “QAİ”-dən cərimə gəlib. İnformasiya əsrində, istənilən məlumatın bir neçə dəqiqə ərzində dəqiqləşdirilməsi mümkün olan və polis əməkdaşlarının vətəndaşlarının bütün şəxsi məlumatlarına çıxışın olduğu, nəzarət kameralarının hər bir hadisənin gerçəkliyini üzə çıxarmağın mümkün olduğu bir zamanda Yol Polisi əməkdaşlarının müasir tələblərlə fəaliyyət göstərə bilməyən sovet “QAİ”-si olaraq qaldığını göstərir. Adının əbədiləşdirilməsi üçün şəhid pilot Xəyyam Əliyevin adı “Palmali Holding”in gəmisinə verilir, Azərbaycanda isə şəhid pilota “QAİ”dən çərimə gəlir. “QAİ”-nin iddiasına görə şəhid pilot bir neçə gün öncə yol hərəkətini pozub.(
Hormetli XEYYAM ELIYEV. Sizin EQ25672302 protokol uzre 22.01.2025 tarixinden etibaren icra qerari quvveye minib.
www.asanpay.az, Tel : 108.),(
Hormetli XEYYAM ELIYEV. Sizin EQ26266656 protokol uzre 24.02.2025 tarixinden etibaren icra qerari quvveye minib.
Hormetli XEYYAM ELIYEV. Sizin EQ26210415 protokol uzre 20.02.2025 tarixinden etibaren icra qerari quvveye minib.
www.asanpay.az, Tel : 108.)
Baş Dövlət Yol Polisinin belə qəribə fəaliyyətinin nə ilə bağlı ola biləcəyi ilə bağlı çox saylı ehtimallar var. Bunların hansının gerçək olduğunu müəyyən etmək çətindir. Ancaq polis general mayoru Ramiz Zeynalovun rəhbərlik etdiyi Baş Dövlət Yol Polisinin vəzifəsinin öhdəsindən gələ bilmədiyi, Prezident İlham Əliyevin siyasətinə zərər verdiyi göz önündədir. Əgər dövlət bunun qarşısnı almasa günlərin birində Yol Polisinin hansısa hərəkəti çox böyük qarşıdurmaya səbəb ola bilər. İmişlidə yaşananlar göstərdi ki, belə ehtimallar həmişə var. Belə vəziyyətdən yararlanmağa çalışanlar xarici və daxili qüvvələr isə yetərlidir. Dörd il öncə şəhid olan pilota cərimə, bu gün yol hərəkətini pozmağa görə cərimə yazan Yol Polisi isə həmin qüvvələrin bəd niyyətlərinin həyata keçirməsinə münbit şərait yaradır. Polis general mayoru Ramiz Zeynalovun rəhbərlik etdiyi Baş Dövlət Yol Polisində yaranmış bu vəziyyətin səbəblərini müəyyən etmək üçün araşdırmalarımızı davam etdirməyə çalışacağıq.
P.s. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Sozcu.info.