Qardaş bacısını öldürərək basdırdı - Goranboyda DƏHŞƏT

 

Goranboyda qardaşı tərəfindən qətlə yetirilərək basdırılan qadının adı məlum olub.
Sözçü info
"report"a istinadən xəbər verir ki, bu, rayonun İrəvanlı kənd sakini, Rəşxəndə Çingiz qızı Hüseynovadır. Qətlə yetirilən qadının iki qardaşı və iki bacısının olduğu deyilir. Qadın qətlə yetirildikdən sonra yaşadığı evin zirzəmisində basdırılıb.

R.Hüseynovanın iki qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov və 1988-ci il təvəllüdlü Aqil Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Qətlin namus üstündə törədildiyi ehtimal edilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti