4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
ABŞ sahillərində güclü zəlzələ və sunami riski barədə xəbərdarlıq edilib.
Sozcu.info "Daily Mail"ə istinadən xəbər verir ki, seysmoloqlara görə, aparılan yeni araşdırmalar nəticəsində Kaskad subduksiya zonasında güclü geoloji aktivlik əlamətləri aşkarlanıb. Yüksək dəqiqlikli sualtı xəritəçəkmə texnologiyası ilə aparılan tədqiqatlar Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometrlik sahədə dörd iri qırılma seqmentini üzə çıxarıb.
Mütəxəssislər bildirirlər ki, bu bölgədə baş verəcək 9 bal gücündə zəlzələ nəhəng sunami ilə müşayiət oluna və sahilboyu infrastrukturun tamamilə məhv olmasına səbəb ola bilər. Hadisə həmçinin suyun və havanın ciddi şəkildə çirklənməsi ilə nəticələnə bilər.
Tarixi mənbələrə görə, bu cür güclü zəlzələ son dəfə 1700-cü ildə baş verib və alimlər bu tip təbii fəlakətlərin təxminən hər 500 ildən bir təkrarlanacağını ehtimal edirlər.
Musavat.com