4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
İraq güclü quraqlıq və qonşu ölkələrdən gələn su axınının azalması fonunda kəskin su qıtlığı ilə üzləşib.
Sozcu.info xəbər verir ki, bu barədə İraq Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Mehdi Damad danışıb.
Onun sözlərinə görə, 2019-cu ildə bol yağıntılar sayəsində su ehtiyatları 65 milyard kubmetrə çatmışdı, lakin hazırda qonşu ölkələrdən gələn su axını son dərəcə azdır və yağıntı miqdarı da çox aşağı səviyyədə qalır.
İraq rəsmiləri mövcud böhranı yalnız iqlim dəyişikliyi ilə deyil, həm də qonşu ölkələrin Dəclə və Fərat çaylarında inşa etdiyi bəndlərlə izah edirlər.
İraqın su ehtiyatları naziri Aun Diab kəskin su qıtlığı səbəbilə əkin işlərinin dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.