Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq

 

Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sozcu.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}