8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tərəfindən Komitədə bir neçə kadr dəyişikliyi barədə qərar qəbul edilib.
Sozcu.info "APA-Economics”ə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. Bu təyinata qədər Anar Quliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhəbəri vəzifəsində çalışıb.
Son müddət ərzində Komitənin aparatının rəhbəri vəzifəsində çalışmış Ağamirzə Canmirzəyev isə tutduğu vəzifədən azad olunub. O, komitədə daha öncə çalışdığı və hazıradək vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.
Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə Şahnaz Mustafayeva təyin edilib. Bu təyinata qədər o, Mənzil İnşaatı Dövlət Agentliyində Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Şəhərsalma şöbəsinin müdiri vəzifəsinin icrası həmin şöbənin müdir müavini Fəxri Aydəmirə həvalə olunub.