Bakıda 14 yaşlı qızın baş tutmayan toyu: hamiləlik faktı ortaya çıxdı, "bəy" həbs olundu

Bakıda 14 yaşlı qızın baş tutmayan toyu: hamiləlik faktı ortaya çıxdı, "bəy" həbs olundu

 

Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın anası tərəfindən ərə verilməsi ilə bağlı yaydığı video müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıqovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Sozcu.info xəbər verir ki, bu barədə virtualaz.org saytına Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb. Dünən-iyunun 27-də qızın anasından və Mirtəmən Sadıqovdan izahat alıb.

Mirtəmən Sadıqov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi də Bakıda 14 yaşlı qızın ərə verilməsi cəhdi ilə əlaqədar araşdırmalara başlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib ki, araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcək.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qızların anadan alınaraq sığınacağa verilməsi ilə bağlı dövlət orqanlarına müraciət edib. Onun sözlərinə görə, uşaqlar məktəbdən yayındırılaraq fermada çalışdırılıb. Uşaq əməyinin istismarı faktı olduğundan ana məsuliyyətə cəlb edilməlidir.

Xatırladaq ki,14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.

Ötən gün Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.



Oxşar Xəbərlər

Xəbər lenti