8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
”Polis əməkdaşları mənim qızla olan videomu qanunsuz olaraq yayayaq şantaj edirlər. Həmin video kəndimizdə yaşadığım ünvanın yaxınlığında təhlükəsizlik kamerası tərəfindən çəkilib. Video mən və ailə qurmaq istədiyim qızın evimizin yaxınlığında gəzdiyimiz zaman çəkilib”.
Sozcu.info xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında Ağdam rayonu, Mahrızlı kənd sakini Amil Abbasov deyib.
A.Abbasov deyir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Azər Hüseynov, Cavid Zeynalov, Sürət Hüseynov, Məhəmməd Vəliyev və adını bilmədiyi iki polis kapitanı dövlətin vətəndaşların təhlükəsizliyini təmin etmək üçün quraşdırdığı təhlükəsizlik kameralarla onları izləyiblər: ”2017-ci il noyabrın 8-də evimizin yaxınlığında gəzdiyimiz zaman qəflətən VAZ-2106 markalı 02 BR 155 nömrə nişanlı maşın üstümə sürüb məni vurub yerə yıxdı. Maşında iki mülki və polis geyimli iki şəxs düşdü. Mən ayağa qalxanda gördüm ki onlar maşını qızın üstünə sürdülər, qız qorxub bizim həyətimizə girdi. Onlardan biri sonradan adın bildiyim Azər Hüseynov həyətimizə girmək istədi. Mən ona yaxınlaşaraq orda nə işin var dedim. Etiraz etdim ki, niyə bizim şəxsi həyatımıza qarışırsınız. Sonra 102-yə zəng etdim. Bunu görən polislər daha da aqressivləşdi, məni zorla maşına oturdub şöbəyə apardılar. Orada məni döyüb təhqir etdilər. Sonra isə məhkəməyə apararaq 12 sutka cəza verdilər”.
A.Abbasov bildirdi ki, səhər açılanda onu rayonun rəisi Elçin Qasımovun yanına apardılar: ”Sevindim, düşündüm ki, rəis məni başa düşəcək. Amma tam əksini gördüm. Elçin Qasımov başladı mənim ağzımı uşaq kimi əyməyə. Dedi ki, aparın tədbirin görün. Mən polis polkovnikindən elə bir addım gözləmirdim”. ”31 yaşım var, atam və ana müəllimdirlər. Atam yataq xəstəsidir. Ailəmizin son beşiyiyəm. Ata və anamın qulluğunda dayanmışam. Eyni zamnda təsərrüfatla məşğulam, aldə etdiyim qazancla valideynlərimə baxıram. Ailə həyatı qurmaq istəyirəm ki, bu yükü mənlə birgə həyat yoldaşım da çəksin. 7 aydır ki, mənim qanunsuz həbsimdən ötür. Bu müddət ərzində dəfələrlə Daxili İşlər Nnazirliyinin rəhbərinə müraciət etmişəm. Bir neçə gün əvvəl Sahib Mirzəyevin qəbulunda oldum. Lakin bunun əvəzində mənim sevib-seçdiyim qızla evimizin yaxınlığında gəzməyimiz əks olunan video qanunsuz olaraq bütün Mahrızlı kəndində yayıblar. Mənə deyirlər ki, şikayət etsən, o qızı da üzə çıxarıb rüsvay edəcəyik” – A.Abbasov əlavə etdi.
A.Abbasov saytımız vasitəsilə daxili işlər Naziri Ramil Usubova müraciət edərək onu şəxsən qəbul etməsini xahiş edib: ”İki dəfə Daxili İşlər Nazirliyinə gedərək Ramil Usubovun qəbuluna da düşmək istəmişəm. Amma məni prokurorluğa göndərirlər. Ancaq mən başıma gələnləri birbaşa Ramil Usubova demək istəyirəm, o, mənim dərdimi anlayacaq”.
A.Abbasov polisin onu şantaj etdiyi videonu redaksiyamıza da təqdim edib. Etik səbəblərdən həmin görüntüləri yaymırıq.
İddialarla bağlı Ağdam Rayon Polis Şöbəsinin rəhbərliyi ilə danışmaq istəyimiz baş tutumadı. Rəis müavinləri Vüqar Camalov və Muğan Quliyev tədbirdə olduqlarını əsas gətirərək suallarımıza cavab vermədilər. Gün ərzində Ağdam Rayon Polis Şöbəsinin rəhbərliyinin hadisə ilə bağlı mövqeyini öyrənib dərc edəcəyik.