İsmayıllıda torpaq sürüşməsi baş verib - Evlər qəzalı vəziyyətə düşüb - FOTOLAR

İsmayıllıda torpaq sürüşməsi baş verib - Evlər qəzalı vəziyyətə düşüb - FOTOLAR

 


Son günlər İsmayıllı rayonunda yağan yağışlardan sonra torpaq sürüşməsi baş verib.

 

Sozcu.info  xəbər verir ki, rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşərək geniş ərazini əhatə edib. Evlərin divar və döşmələrində irili-xırdalı çatlar əmələ gəlib. Bundan başqa, əhalinin su təsərrüfatına, eləcə də meyvə bağlarına, yaşayış evlərinə ziyan dəyib.

Kəndin şimal hissəsindəki dağ yamacından axan torpaq kütləsi bir neçə evi qəzalı vəziyyətə salıb. Nəticədə fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb.

İsmayıllı rayon fövqalədə hallar komissiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sürüşmə baş verən ərazilərə baxış keçiriblər.


 
 


Oxşar Xəbərlər

Xəbər lenti