8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Yeni Sözçü" qəzetinin ünvanına Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundanolan məcburi köçkün Həsənov Mübariz Həsən oğlu tərəfindən şıkayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi dərc edirik:
Mən Qubadlı rayon Əfəndilər kənd sakiniyəm məcburi köçkün kimi ailəmlə birlikdə Suqayıt şəhərində məskunlaşmışıq. Haqsızlıqla üzləşmişik ki, bununda başında Gəncə 9 saylı Rayonlarararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov və Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov dayanıb.Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov aldığı rüşvətin müqavilində polis polkovnik -leytenentı Tariyel Həşimovun törətdiyi cinayət hadisəsinin üstü ört-basdır edib. Bizi isə çıxılmaz vəziyyətə salıb.Prezident cənab İlham Əliyevin tapşırığını saya salmayan bu iki məmur kasıb xalqa kölə kimi baxır.Özlərini toxunulmaz adam hesab edən məhkəmə hakimi və polis məmuru cinayət şəbəkəsi yaradıb ağır cinayət törədiblər ki, buna görə bir neçə vətəndaşlar əziyyət çəkirlər.Az öncə Ağaqulu Səfərov adlı Ucar rayon sakini də bu iki cinayətkar məmurun əməlləri nəticəsində bəlaya düşməsi barədə mətbuatda çıxış etmişdir.Həmin bəla mənimdə başıma gəlib. Belə ki, 21.07.2015-ci il tarixdə Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlundan 99 XD 932 dövlət nişanlı "Ford Transit" avtomobilini 14.000 manata aldım və mənim adıma rəsmiləşdirərərk 50 CV 758 dövlət nömrə nişanı verildi. 2015-ci ilin sentyabr tarixində Gəncə şəhəri Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim edildi.Məhkəmə iclasında mənə məlum oldu ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, 99 XD 932 nömrə nişanlı " Ford Transit" markalı avtomobil ona məxsus olmuş tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui istifadə edərək həmin maşını təmir etdirib alacağını bildirib ona 3000 manat beh vermiş, sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirib mənə satmışdır.Qeyd edim ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus digər "Ford Transit " markalı 99 GZ 932 nömrə nişanlı avtomobili isə Ucar rayon sakini Səfərov Ağaqulu Qəfər oğluna satmışdır. Kəpəz rayon Məhkəməsi iddianı təmin edilib hər iki avtomobillərin alqı- satqı və qeydiyyat sənədlərinin etibarsız hesab edilib iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxartmışdır. 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov özünü və himayə etdiyi dələduz Seymur Rzayevi cinayət məsuliyyətindən yayındırmaq üçün məhkəməyə küllü miqdarda rüşvət vermişdir.Buna görə də hər ikisinin Tariyel Məmmədovun və Seymur Rzayevin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanunu tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmamışdır. Çünki korrupsiya şəbəkəsi yaratmış 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Polis Polkovnik-leytenantı Tariyel Məmmədovun verdiyi rüşvət hakim üçün dövlət qanunlarından ali olmuşdur.Qeyd edim ki, mən də həmin avtomobili aldıqdan bir ay sonra Cəlilabad rayon sakini Quliyev Tofiq Azadxan oğluna satmışam. Ancaq buna baxmayaraq əzab çəkirəm ki, iki vəzifəli şəxsin və bir nəfər fiziki şəxsin yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticəsində bir neçə günahsiz şəxslər zülm əzab-əziyyət çəkir.Bu necə olur etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür ? Qanunda nəzərdə tutulmuş qaydada Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya cinayətləri ilə məşğul olduğu üçün barəsində dərhal cinayət işi başlanılıb tədbirlər görülməlidir. Mən torpağımı itirsəmdə vicdanımı itirməmişəm.Ancaq Tariyel Məmədovla hakim Yaşar Həşimov dövlət qanunlarını vicdanları kimi tapdayıblar. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən , Ədliyyə Nziri Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan, Baş Prokuror cənab Zakir Qaralovdan, Daxili İşlər Nziri cənab Ramil Usubovdan və Baş Dövlət Yol Polis İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan xahiş edirəm Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsini cinayət yuvasına döndərmiş polis polkovnik-leytenantı Tariyel Məmmədovun, onun himayə etdiyi Gəncə şəhər sakini Seymur Rzayevin və bu iki cinayətkarın əməllərinin üstünü ört-basdır etmiş hakim Yaşar Həşimovun barəsində qanunu tədbirlər görəsiniz.Onların barəsində cinayət işi başlanılmalı və bizim zərərçəkən kimi tanınmağımıza dair qərar qəbul edilməlidir.Xahiş edirəm nəzərə alasınız.