10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Akademik Cəmil Əliyev BMT –nin yüksək mükafatına layiq görülüb
Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib.
Müasir ümumi onkologiyanın və nüvə təbabəti problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub.
Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artması faktını təəssüflə vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiyasının zəruriliyini xüsusi vurğulayıb.
Akademik C.Əliyev qeyd edib ki, əsrin bəlasına qarşı mübarizə işinə Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradıldığını bildirən akademik Cəmil Əliyev bu nəcib işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada
qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının "Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdırıb. Professor öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən "Varian Medical Systems” şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.
Tədbirdə qeyd olundu ki, 2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var.
Diqqətə çatdırılıb ki, 2016-cı ildən Avropa Nüvə Təbabəti Assosiasiyası tərəfindən akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin ən mükəmməl mərkəzləri sırasına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya
Mərkəzinə dünyanın müxtəlif ölkələrindən müraciətlərin sayı xeyli artıb. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan, Liviya, Suriyanın, eləcə də bir sıra Avropa və Asiya ölkələrindən olan pasiyentlər Nüvə Təbabəti Mərkəzində uğurla müayinədən keçiblər. 2017-ci ildən etibarən mərkəzdə hədəfə yönəlmiş radionuklid müalicələrə başlanılıb. Bir çox qonşu ölkədən xəstələr bu xüsusi təyinatlı Litesium-177 və Actinium-225 müalicəsini almaq üçün ölkəmizə müraciət ediblər.
Simpoziumun sessiyalarında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko Giammarile, MOM-un nüvə təbabəti şöbəsinin müdiri Fuad Novruzov, Bern Universitetinin nüvə təbabəti bölməsinin rəhbəri professor Aksel Rominger, Ankara Universitetinin nüvə təbabəti bölməsinin professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
aia.az
Oxşar Xəbərlər
Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib
Memar Davud Axundovun 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Kamaləddin Qafarovun antiMilli Onkologiya Mərkəzindən tükürpədici dosye – Video
Xərçəngi hərəkətə gətirən ən təhlükəli məhsul
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…