Bakıda məktəb binasının damında şagirdlərin "ölüm gəzintisi"

Bakıda şagirdlərin məktəb binasının üzərində görüntüləri ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, 46 nömrəli məktəbin binasının damında gəzişən şagirdlər "ölümlə rəqs" edirlər.

Fotodan göründüyü kimi, məktəblilər arasında qız da var. Maraqlıdır, görəsən əsas vəzifə borclarından biri şagirdlərinin təhlükəsizliyini təmin etmək olan məktəb işçiləri dama çıxan uşaqlara niyə nəzarət etmirlər?

Paytaxtın mərkəzində şagirdlərin maniəsiz məktəbin binasına çıxa bilməsi təhsil ocağındakı təhlükəsizliklə bağlı suallar doğurur. Xoşbəxtlikdən dama çıxan şagirdlərlə bağlı heç bir hadisə baş verməyib. Amma bu, gələcəkdə məktəblərdə bədbəxt hadisələrin baş verməyəcəyinə əsas vermir.



Oxşar Xəbərlər

Xəbər lenti