Cənubi Koreya vətəndaşı yüksək dövlət vəzifəsinə təyin edildi –Özbəkistanda

Cənubi Koreya vətəndaşı yüksək dövlət vəzifəsinə təyin edildi –Özbəkistanda

 

Cənubi Koreya vətəndaşı Donqvuk Li Özbəkistan səhiyyə nazirinin müavini və Baş nazirin sosial inkişaf məsələləri üzrə müşaviri təyin edilib.

Sozcu.info  xəbər verir ki, D. Li bu vəzifələrdə qabaqcıl xarici təcrübənin həyata keçirilməsi, səhiyyə sahəsinin hüquqi cəhətdən idarə olunması, səhiyyədə maliyyə sisteminin təkmilləşdirilməsi, məcburi tibbi sığortanın həyata keçirilməsi, tibbi turizmin genişləndirilməsi, "elektron səhiyyə” sisteminin işə salınması kimi məsələlərə nəzarət edəcək.

D.Li bu vəzifələrə təyin olunmamışdan əvvəl Koreya Respublikasının səhiyyə və sosial müdafiə nazirinin müavini olub.



Oxşar Xəbərlər

Xəbər lenti