Bir aydan sonra 10 milyonuncu azərbaycanlı anadan olacaq

 

"İlkin hesablamalara görə, Azərbaycanın 10 milyonuncu sakini bu il martın sonunda, aprelin əvvəlində doğulacaq”. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

"Ədliyyə və Səhiyyə Nazirlikləri, eləcə də Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesi izləyirik”, - deyə o, qeyd edib.

Komitə sədri etiraf edib ki, son bir neçə ildə əhalinin təbii artım tempi zəifləyib: "Doğumların sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 nəfər təşkil edib. Bu il keçiriləcək əhalinin növbəti siyahıya alınmasında da bu rəqəm dəqiq göstəriləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti