Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İsmayıllı şəhər Babadağ küçəsi, ev-2-də yaşayan 1972-ci il təvəllüdlü Süleymanov Vüqar Hafiz oğlu bu ilin mayın 1-də Ağsu rayonunda Dövlət Yol Polisinin 1311 saylı döş nişanı olan əməkdaşı tərəfindən təhqir edilməyi və döyülməyi, Polis Şöbəsinə aparılaraq rəis müavini V.F.Əliyev tərəfindən 350 manat pulunun əlindən alınması, cərimə kimi ödədiyi 150 manatın müqabilində ona heç bir qəbz verilməsi kimi qanunsuzluqlarla bağlı araşdırma aparılması və günahkarların cəzalandırılması xahişi ilə əksər yüksək vəzifəli şəxslərə müraciət edib.
2-ci qrup əlil olan Vüqar Süleymanovun öz hüququnu qorumaq üçün müraciət etdiyi şəxslərin arasında prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Baş prokuror Zakir Qaralov, sabiq daxili işlər naziri Ramil Usubov və İnsan Hüquqları Üzrə Müvəkkil Elmira Süleymanovanın adları var. Ancaq həmin müraciətləri araşdırılmaq üçün Ağsu rayon Polis Şöbəsinə göndərildiyi üçün Vüqar Süleymanov obyektiv araşdırmanın aparılmadığı qənaətindədir. Çünki, Ağsu rayon Polis Şöbəsindən V.Süleymanova göndərilən cavab məktublarında bir qayda olaraq müraciətindəki xüsusatın öz təsdiqini tapmadığı qeyd olunur. Məsələn, Ağsu rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasovun imzaladığı 10.05.2019-cu il tarixli, 130-225093-5219 saylı cavab məktubunda Vüqar Süleymanovun Daxili İşlər Nazirliyinə ünavanladığı müarciətin araşdırlmasından bəhs edilir:” Bildiririk ki, 01.05.2019-cu il tarixdə idarə etdiyiniz "VAZ-2107” markalı, 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhərində olarkən nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyiniz üçün barənizdə yol patrul xidmətinin inspektoru tərəfindən inzibatı xəta haqqında protokol tərtib edilərək 150 manat məbləğində cərimə olunmusunuz. Araşdırma zamanı izahatınızın alınması üçün Ağsu rayon Polis Şöbəsinə dəvət olunsanızda müxtəlif bəhanələr gətirərək gəlməkdən imtina etmisiniz.Aparılan araşdırma nəticəsində müraciətinizdə göstərdiyiniz digər xüsusat öz təsdiqini tapmamaışdır”.
Göründüyü kimi 2-ci qrup əlil, bir neçə xəstəlikdən əziyyət çəkən Vüqar Süleymanovun öz hüququnu qorumaq üçün müxtəlif dövlət insatnsiyalarına etdiyi müraciət araşdırılmaq üçün Ağsu rayon Polis Şöbəsinə göndərilir. Halbuki, ən azından İnsan Hüquqları Üzrə Müvəkkil Elmira Süleymanova bir vətəndaşın Polis Şöbəsindən şikayətini araşdırmaq üçün həmin polis şöbəsinə göndərməsi tamamilə Ombudsman institutunun fəlsəfəsinə və mahityyyətinə daban-dabana ziddir.
Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin rəhbərliyində baş verən dəyişiklikdən sonra Vüqar Süleymanovun ümidi yeni daxili işlər naziri Vilayət Eyvazovdur.
A.Aydın,
"Yeni Sözçü” qəzeti