"İRAN İKİNCİ TÜRKİYƏYƏ, TÜRK DÖVLƏTİNƏ ÇEVRİLƏ BİLƏRMİ?" - İLQAR ALTAY

"İRAN İKİNCİ TÜRKİYƏYƏ, TÜRK DÖVLƏTİNƏ ÇEVRİLƏ BİLƏRMİ?" - İLQAR ALTAY

 

İranda iqtisadi böhranda benzinin bahalaşması Təbriz və bir sıra şəhərlərdə Güney Azərbaycan soydaşlarımızın kütləvi etiraz dalğasını yaradıb. Bu cür etirazlar getdikcə açıq, ümumi vüsət alır. Və 3 dəfə İranda tədqiqat səfərində olmuş şəxs kimi əminliklə deyirəm ki bu gedişat türkün tam və inanılmaz böyük qələbəsi ilə başa çata bilər.

Bəli, inanılmaz və ağıla gəlməz böyük qələbəsi. Bu fikrin mahiyyəti, səbəbləri, əsaslarını deyim.

İran molla rejiminin başı bu saat bu azərbaycan türkü toplumuna öz dilində yazıb-oxuma imkanı verməmək prinsipinə qarışıb. Amma ki, hər gün orada azərbaycan türkü yüksək sürətlə böyüyür, özəlir, inkişaf edir, qarşısıalınmaz gücə çevrilir.. Yəni türkü nə qədər sıxsan, bir o qədər güclənir, artır. Bu tarixin, alimlərin sübut etdiyi qanundur.

Bu gün:

- Türk, İranın hakimiyyət rəhbərliyi, parlamenti, icra idarələri, bütün güc strukturlarını götürüb.

- Türk, İran daxilində bütün ticarət, sahibkarlığı və demək olar, maliyyə, iqtisadiyyatını götürüb.

- Türk İranda öz sürətli demoqrafik yəni doğum artımı ilə ölkə əhalisinin mütləq çoxluğudur və artıq, şərq-fars, cənub-kürd bölgələrini götürüb. Oradakı farslar, kürdlər türk sayını 45 mln deyir.

- Türk İranda öz genetik möhkəm, dözümlü, çox hünər və dayanıqlı xüsusiyyəti ilə bütün ölkənin ictimai xarakterini, adət-ənənə, hətta dil-ləhcəsi kimi xüsusiyyətlərinə təsir edərək formalaşdırır. İran qərbindən türk qızı, şərq fars bölgəsinə ərə gəlir farsa, qərib yerə. Bir neçə il keçir, dogulan uşaqların hamısı evdə azərbaycan türkcəsində danışırlar. Yəni türk-ana dominantdır. Bu faktdır.

- Misal, fakt sırasını daha da xeyli uzatmaq olar.

Bu əsasa görə də, İran rejimi güney azərbaycan türkünü sıxmaq siyasətinə nə qədər son qoysa, ölkə milli çoxluğu, nahəng toplumunun özgürlü yaşamına mane olmasa, onunla dil tapsa, yaxşı olar.. Əks halda, inanın ki, bu gedişat nəinki İran içində Güney Azərbaycan dövlətinin yaranması, hətta İranın, bütünlüklə Azərbaycan türk dövləti ola bilməsi, buna çevrilməsi ilə nəticələnə bilər.

Yuxarıda göstərdiyim şərtlərin içində molla-şiə dini sindromu var hələ ki. İranda çevriliş olaraq rejim ortadan çıxan və dini faktor yox olan kimi həmin bu şərtlər öz, əsil milli zəmininə yönəlib, qabarar, bütün İran dövlətini ağuşuna ala bilər.. Real baxsaq, indiki təlatümdə çevriliş yaranma şansı azdır. Amma zaman keçdikcə, barıt, alov çəlləyi daha çox dolur və partlayış qaçılmazdır.

Gələcəkdə İranın Türkiyə kimi türk dövləti olma ehtimalı böyükdür. Bunu nəzərdən qaçırmayaq! Güney Azərbaycan bizimlə birləşməsə belə, öz böyük İran türk dövlətini yaratsa da bizə xeyirdi.

İranın türk dövləti olması üçün elə bir çevrilişə gücə də ehtiyac yoxdur. İran bü gün faktiki türk dövlətidir, əhalisi türk, hakimiyyətin tərkibi türk. Sadəcə molla rejimin şiə ideologiyası dövlətin rəsmi atributlarını fars təməlli saxlayır. Hazirkı molla rejimi gedir, demokratik hakimiyyət gəlir və türk dövləti məsələsi özü-özünə həll olunur.

Necə? Ölkə əhalisinin yarıdan çoxu, yəni, milli çoxluq türk. Seçici çoxluğu türk olduğu halda, parlament-milli məclis çoxluğu da türk. Dövlət rəhbərinin demokratik seçkisindəki səs vermə ilə böyük ehtimalla prezident də türk. Daha nə qaldı? Eynilə Türkiyə: əhali və hakimiyyət milli türk çoxluğu. Bunun qarşısını hansı xarici güc birliyi ala bilər? Gərək onda, ya, əksər coxluğu saymayan, yeni antidemokratik rejim qurulsun, ya da, azərbaycan türk əksəriyyəti deportasiya olunub İrandan qovulsun, bu da mümkün deyil.

Yəni ki, bu gün faktiki türk (türkün) dövləti olan İranın gec-tez həm də rəsm türk dövləti olması qaçılmazdır. Dövləti əhali qurur, əksəri isə türk!

 

Hūquqşūnas-kriminalist, mūstəqil tədqiqatçı İLQAR ALTAY



Oxşar Xəbərlər

Xəbər lenti