ƏN MƏŞHUR ÖNCƏGÖRÜCÜLƏRDƏN BİRİ – Şipton ananın həyatı və dəhşətli proqnozları

ƏN MƏŞHUR ÖNCƏGÖRÜCÜLƏRDƏN BİRİ

 

Ursula digərlərinə görə daha az tanınsa da, proqnozları daha tutarlıdır

Yəqin ki, Nostradamus və Vanqa kimi öncəgörücülərin adlarını dəfələrlə eşitmisiniz, amma İngiltərədən olan Şipton ananın proqnozları da heyrətləndirir. Dünyaya gəlişi və ölümünün təfərrüatları olduqca diqqətçəkəndir və Şipton ananın proqnozları, necə deyərlər, tükləri biz-biz edir. 

"AzPolitika.info” Şipton ananın maraqlı həyatını və heyrət yaradan proqnozlarını təqdim edir:

 

 

18 yaşlı Aqata Sutel uşağını dünyaya gətirərkən həyatını itirir. Aqata öldüyü yerdə dəfn edilir. Yeni doğulmuş qız uşağı normal olmadığına görə gizlədilir. Qolları və ayaqları bədəninə uymurdu, başı böyük, gözləri çaş, yanaqları batıq və ağzı dəliyə bənzəyirdi.

 

 

Bu uşağı çox gizlədə bilmədilər. Kəndin görkəmli din xadimləri bir qəyyum tələb edir. Beləliklə, yaşlı bir qadın uşağı öz himayəsinə götürür. Uşağa Ursula adı verilir. Ursula, qəribə bir uşaq idi. Gündə 1-2 saat yatır, sonra oyanırdı. Gözləri həmişə sabit bir nöqtəyə baxırdı. Gecələr isə evin pərdələri uçur, qapılar döyülür, pəncərələr qəribə səslər çıxarırdı.

 

 

Bayırda daim vəhşi pişiklərin səsləri eşidilirdi. Bir gün evə qayıdan qadın körpənin beşiyini boş görür. Mebellər qırılmış və ev dağıdılmışdı. Qadın qorxu içində baş verənləri qonşularına danışdı. Qonşular uşağın cinlər tərəfindən qaçırıldığını iddia etdilər. Ancaq uşaq, nəhayət, evin bacasında tapıldı. Bu olayın izahını heç kim açıqlaya bilmədi.

 

 

Ursula, zamanla bu kimi hadisələrlə böyüyür. 6 yaşı tam olduqda "anası" Ursulanı məktəbə göndərərək oxumağı və yazmağı öyrənməsini istəyir. Xəyal gücü və zəkası ilə Ursula qısa müddətdə bütün müəllimlərinin diqqətini çəkir. Amma yenə də yaşıdları arasında qeyri-adi şagird kimi tanınırdı. Ursula ona edilən hərəkətlərdən sonra qisas yolunu seçirdi.

 

 

Gözlənilmədən parta yoldaşlarının paltarları yanmağa başlayır və yoldaşları gecə yuxudan qorxaraq oyanır, ağlayırdılar. Ursula ilə münasibəti zidd olanların başlarına naməlum istiqamətdən daşlar düşürdü. Beləliklə, bu hadisələr ailələr arasında ciddi müzakirə olunmağa başlayır və Ursulanın məktəbdən qovulmasına səbəb olur.

 

 

İllər ötür, Ursula artıq gənc bir qadın idi. Öncəgörmə istedadı ona hörmət qazandırmaqla yanaşı, adını da məşhur etmişdi. Uzaqdan gələnlər onunla məsləhətləşirdilər və Ursulaya "Knaresborouqun bir biləni" ləqəbi vermişdilər. Gələcəyi, xüsusən gizli sevgi işlərini və aşiqlərin gələcəyini dəqiq bilirdi.

 

 

1512-ci ildə Ursula 24 yaşında olanda Tony Şipton adlı bir adamla evlənir. Anası Aqatın Qaranlıq Şahzadəsi ilə görüşməsindən 26 il keçir. Sənədlərdə Tony haqqında başqa heç nə bilinmir.

 

 

Bu ərəfələrdə onun "Mother Shipton-Şipton Ana" adını aldığı güman edilir və əyalətin hər yerində tanınırdı. Gələcəyi görə bilmək qabiliyyətinin gücü onun getdikcə sehrbaz kimi tanınmasına yol açırdı.

 

 

Yenə həmin ərəfələrdə onun öncəgörmə xronologiyalarını etməyə başladığı güman edilir. Kralların, kraliçaların ölümünü və İngiltərənin gələcəyini proqnozlaşdırır, müharibələr və tarixi hadisələr haqqında danışırdı. Onun zamanında at arabaları ilə səyahət edilirdi. Atsız maşınlar, yelkənli gəmilər haqqında danışdı və dəmirin taxta kimi su üzərində üzəcəyini söylədi.

 

 

17-ci əsrin ən böyük fəlakətlərindən biri olan, 1666-cı ilin oktyabrında Londonda vəba xəstəliyinin və dəhşətli yanğının olacağının proqnozunu etdi. Tarixçi Pepisin 1666-cı il gündəliyində Şipton ananın proqnozu barədə açıq yazır. Onun bu proqnozları necə etdiyi bilinmir. Kardinal Volseyin ölümündən sonra onun sakit və dinc bir həyat yaşadığı düşünülür. Mənbələr Volseyin ölümündən sonra artıq ətraflı məlumat əldə edə bilməyib. Sanki bundan sonra Şipton ana haqqında danışmaq qadağan edilmişdi.

 

 

Şipton ana 1561-ci ildə Knaresborouqda həyatını itirir. Öldüyündə bütün Britaniyada tanınan və hörmət edilən bir öncəgörücü idi. Öz ölümünün vaxtını və necə öləcəyini əvvəlcədən xəbər vermişdi, buna görə də ömrü boyu inkvizisiyadan qorxmurdu. Orta əsrlərdə, həmkarları ardıcıl olaraq öldürüldükdə, Şipton ana ona toxuna bilməyəcəklərini bilirdi. Ölüm günü səhər yatağa getdi, yatdı və heç oyanmadı. 

 

 

ŞİPTON ANA KƏHANƏTLƏRİ

Ağacın altındakı yerdən qızıl tapılacaq. İngiltərənin bütün övladları torpağı şumlayarkən, kitab tez-tez onun əlində olacaq. Medceziri öyrənəcək. Kasıb hikmət artıq böyük bir hikmətlə tanınacaq. Böyük evlər vadilərə, uzaqlara yayılmış üzəri qar və dolu ilə örtülüykən, alovlu il yaxınlaşacaq və barışıq hökm sürəcəkdir. Hər yerdə bolluq olacaq. Kişilər qılınclarla tarlaları sürəcəklər. Dənizlərin qana boyandığı zaman gəlincə, böyük sellə qarşılaşdırılacaq. Atsız arabalar gedəcək (Avtomobillər). Dünya fəlakətlərlə dolacaq.

 

 

Dünyanın ətrafında insanların düşüncələri uçacaq (Simsiz telefonlar). Bu, bir göz qırpımında baş verəcək. Sularda böyük möcüzələr olacaq. Bütün bunlar həqiqət olacaq (20-ci əsr). Məğrur insan təpələrin arasında gəzəcək. Nə at, nə də eşşək orada olmayacaq.

 

 

İnsanlar suyun altında hərəkət edəcək. Ağ və qara, hətta yaşıl (Apollo kosmik gəmisi) Böyük bir insan gələcək və gedəcək. Öncəgörmələri izah etmək üçün, dəmir taxta kimi asanlıqla suda üzəcək. (Gəmilər) Qızıl axınlarda və daşlarda axacaq (Qızıla hücum). Bəşəriyyətin tanımadığı torpaqlarda (ABŞ) və İngiltərə bir yəhudini qəbul edəcək (Baş nazir Disraeli). Bu qəribə bir düşüncədir, amma əsl yəhudi lazımi qiyməti almayanda xristian olaraq doğacaq.

 

 

İngiltərə bir müharibəni təqib edəcək. Orada bütpərəst və türk sakinləri olduqda, bu ölkələr şiddətli bir qarşıdurmaya kilidlənəcək. Bir-birinin canını almağa çalışacaqlar. Beləliklə, Şimal və Cənuba bölünəcək. Qartal aslanın ağzında olacaq. Qəddar müharibə hər təvazökar qapıya girəcək.

 

 

Bir meymun anidən ortaya çıxacaq (AİDS). Bütün qadınlar qorxu içində olacaq. Adəmlər mübahisə edəcək və Roma inancı köklü olacaq. İngiltərə oradan-oraya dönəcək. Şimşək dünyanı silkələyəcək, ildırım göylərdə fəğan qoparacaq. Dünyanı su ilə dolduracaq, od işini görəcək...

 

 

Fransa üç dəfə qan rəqsi oyununa rəhbərlik edəcək. Xalq azadlığa çıxmazdan əvvəl 3 zalım hökmdarı (Robespyer, Napoleon, Pentain) görəcək. Üç nəfər özlərini idarə edəcəklər (Fransadakı üç respublika). İngiltərə və Fransa şiddətli qarşıdurma olduqda bir olacaq (1 və 2-ci dünya müharibələri).



Oxşar Xəbərlər

Xəbər lenti