8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Regionada ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə sosial siyasətin inkişaf dinamikasının yüksələn qrafikə malik olması danılmaz faktdır.
İqtisadi inkişaf nəticəsində sosial sahəyə ayrılan maliyyənin həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.
Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin və qazilərin sosial müdafiəsidir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.
Bütün bunların bariz nümunələrindən biri də 25 fevral 2021-ci il tarixində, ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakının Ramana qəsəbəsində yerləşən yeni tikilmiş yaşayış kompleksində yerləşən mənzillərin Şəhid ailələri və müharibə iştirakçılarına təqdim olunması hadisəsi idi.
Yaşayış kompleksinin açılış ilə bağlı ailələri təbrik edən Prezident İlham Əliyev öz çıxışında kompleksə dair təəssüratlarını bölüşmüş, binaların hamısının müasir səviyyədə, yüksək keyfiyyətlə tikildiyini, mənzillərin genişliyini vurğulamışdır. Kompleksdə eyni zamanda uşaq bağçası, 1200 şagird yerlik məktəb inşasından da bəhs edən Prezident, yaşayış üçün bütün imkanların var olduğunu, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, ancaq şəhid ailələri və müharibə əlilləri üçün belə gözəl yaşayış kompleksinin tez bir zamanda ərsəyə gəldiyini qeyd etmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər.
Mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və Şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzillərlə təmin olunması dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin göstəricisidir.
İbrahim Heydərov,
Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, Avropa kubokunun sahibi,
əməkdar məşqçi