10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
PA-dan mənə 50 min dollar rüşvət göndərildi ki... - Video
Yaşının neçə olması əhəmiyyətli deyil: bəzən böyük sözünə çox ciddi ehtiyacın yaranır. Sadəcə eşitmək istəyirsən, dinləmək, öyrənmək istəyirsən – sabahı təsəvvür etmək üçün, birigünü görmək üçün... Ekstrasenslərə olan maraq da burdan gəlir. Amma böyüyün, ağsaqqalın təcrübəsi ayrıdır, duyumu fərqlidir, şairin “qeybdən xəbər verməsi” vergidəndir, Allaha yavuqluqdandır; öngörüsü kosmik informasiyasındandır...
Bu adam - ölkənin yaxın tarixinin birbaşa ömründən keçdiyi şəxsdirsə, bu tarixin iştirakçısı və bir çox hallarda yazanıdırsa, müstəqillik illərinin bütün anlarında, bütün təbəddülatlarında bu “an”ları anbaan yaşayıbsa, Hərəkatında, Müstəqillik Aktında imzası varsa, hökumətdə yer alıbsa, dünyanı dolaşıb siyasi oyunları, labirintləri, torları, beyin mərkəzlərinin xalqlar üçün tələlərini öz gözləri ilə görübsə, onda ona ehtiyac daha çox olur.
Çox tez-tez gənclərlə söhbətləşirəm və görürəm, onlar yaxın tariximizi bilmədikləri kimi, bu tarixi yaradanlardan da xəbərsizdirlər. Və təəssüflənirəm: axı biz Vətəni sevməyi də, ana dilinə eşqi də, Vətənin mənəvi sərhədlərini – Altaydan Ön Asiyaya qədər – təsəvvür etməyi də onlardan öyrənmişik. Bəs, siz hardan öyrənmisiniz və ümumiyyətlə, öyrənmisinizmi?
Bu dediklərimə görə xeyli müddət idi Sabir Rüstəmxanlı ilə bir rahat söhbətə getmək istəyirdim. Söhbətə yox, onu dinləməyə...
Bu adamların bütün danışıqları kitabdır, bütün sözləri tarixdir, bütün ifadələri həyatdır: yaxşıca dinlə, öyrən - vallah lazımınız olacaq, billah həyatda əlinizdən tutacaq...
75 illik yubileyi bəhanə oldu – getdik və kameralar önündə tam 2,5 saatlıq söhbət etdi bizə. Bitmədi, o zamanın necə dolduğunu bilmədik; hələ çox söhbətləri qaldı ki, onlar mütləq yazılmalıdır, gənclərə buraxılmalıdır – içində ilk dəfə eşitdiyimiz faktlar da var, nəticə çıxarılası hadisələr də...
Sağ olsun o söhbətdən yarım saatlıq material hazırlayan rejissor-redaktor, istədilər ki, daha yığcam olsun, vaxta qənaət edəsiniz...
Lənətə gəlsin indiki əsrin “zamansızlığını”, yoxsa saatların hamısını təqdim edərdilər, onda görərdiniz ki...
Tamam fərqli bir şey nəzərdə tutmuşdum, o söhbətdən aldığım təəssüratı yazacaqdım. Sizə təqdim olunacaq hazır materiala baxdım və düşündüm ki, təəssürat qalsın sonraya, indisə o söhbəti tam duymağınız üçün kadrdan kənarda qalan, lentə düşməyən, kameraların yaddaşa ala bilmədiyindən danışım, videoya baxanda onların yerini özünü tapacaqsınız.
Dedi:
75 yaşımın ən böyük hədiyyəsi Qarabağın alınmasıdır.
60-cı illərdə SSRİ-nin dağılacağına inanan, müstəqillik duyğularını körükləməyə girişən nəslin simasıdır Sabir Rüstəmxanlı.
Aradan 30 il keçmədi ki, heç kəsin təsəvvür etmədiyi hadisə baş verdi – SSRİ dağıldı və o nəslin nümayəndələrindən biri kimi Sabir Rüstəmxanlı Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən oldu.
Bir dəfə demişdim. Ki, Sabir Rüstəmxanlının ordakı imzası yalnız öz imzası deyil – həm də Mikayıl Müşfiqin, Almaz İldırımın, Əhməd Ağoğlunun, Hüseyn Cavidin və... və... və... imzasıdır.
Bir şair ömrü üçün çox xoşbəxt tarixdir.
80-ci illərin sonunda Qarabağ üçün savaşa qalxırsan, Qarabağ işğal olunur...
Tam 11 il şairlə az qala hər gün ünsiyyətimiz olub və bircə dəfə də olsun Qarabağın qaytarılacağına şübhə etdiyini görməmişəm.
Budur, 30 il keçmir ki, onun azadlığını görür.
Bir şair ömrü üçün xoşbəxtlikdir.
Əlbəttə ki, dərhal soruşuram:
bəs, yaxın 30 il üçün Azərbaycanın müstəqilliyi, Qarabağın qaytarılacağı qədər, nəyə inanır? Yaxın 30 ilimizin öngörüsü nədir?
Bu sualın cavabı videoda var – baxarsınız.
- Mən 75 yaşı təsəvvür etmirəm. O yaşın arzusu varmı? O yaşda adam nəyi arzulayır?
Dedi:
Mənim arzularım dövlətim üçündür, millətim üçündür. Çünki dövlət və millətə arzular birbaşa hər birimizin şəxsi həyatında özünü göstərir.
Bədbəxt millətin, zəif dövlətin xoşbəxt vətəndaşı, xoşbəxt şairi, xoşbəxt ziyalısı olmur! Bunu sadəcə dərk etmək lazımdır və əmin olun ki, Sabir Rüstəmxanlı bunu bilir, ona görə arzusu xalqı, Vətəni üçündür!
İlham Əliyevdən danışdıq.
Dedi:
Türklər minillik tarixləri ərzində yalnız Seçilmiş gələndə güclü, qüdrətli olublar, torpaqlarına qayıdıblar, daxildəki bütün problemlər həll olunub, xalq bütövləşib!
Dedi:
Ötən ilin Qarabağ müharibəsi zamanı İlham Əliyev həm komandan kimi möhtəşəm idi, həm də şəxsən özü Ordu idi, təkbaşına Ordu: Ordu kimi vuruşurdu, xalqa müraciətlərində elə sözlər seçir, elə sevgi göstərir, elə ürək qoyurdu ki! Bütöv xalqı Orduya, Yumruğa çevirməyi bacarmışdı.
Dedi, bu, Seçilmişlikdir, sıradan hadisə deyil...
Bunu bilirsinizmi kim deyir? 42 yaşında bir işarəsi ilə milyonları idarə edən arator, natiq, dünyaya meydan oxuyan SSRİ-yə gəncliyindən meydan oxuyan şair!
Liderimiz Seçilmişdir! Bəs, daxili problemlər də var axı – rüşvətindən tutmuş yerində olmayan kadrlara qədər. Bunun səbəbi nədir?
Dedi...
– videoda var, bəzilərini görəcəksiniz.
Kadrlardan kənarda qalanların bir qismi isə budur:
- Bəlkə, bizim materialımızdadır problem? Xaricdə təhsil alan gəlir – özünü doğrultmur, gənc gəlir – özünü doğrultmur. Kimə vəzifə verir, ancaq yığmaqla məşğul olur, talançıya çevrilir - əlbəttə, hamıya aid deyil, amma əksərə aiddir. Axı, Elçibəy də, Heydər Əliyev də bu hallardan şikayətlənmişdi ki, kimə vəzifə verirsənsə...
Bu suallarımıza maraqlı faktlarla cavab verdi, Heydər Əliyevin bu sözlərini ilk dəfə dedi: “Mən sizinlə işləməyə gəlmişdim. Vəzifələrinizi dondurub qaçdınız, mən də məcbur olub kompartiyadan tanıdığım, sonradan mənə xəyanət edənlərlə işlədim. Nə etməliydim ki?”
Sabir bəy ilk dəfə “Heydər Əliyevə siyasi, canlı meyit” deyən şəxsin də uzun müddət yüksək vəzifədə olduğunu ad çəkmədən xatırlatdı.
Dəqiq xatirimdədir:
1989-cu ildə, rus nəşrinə müsahibəsində demişdi həmin şəxs o sözü. Adını çəkmədi Sabir bəy, ona görə burda mən də adını çəkməyəcəm.
Dedi:
1995-ci ilə qədər mətbuat və informasiya naziri kimi Bakıdakı kitabxanaları qorudum, Prezident Administrasiyasından göndərilən 50 min dollar rüşvəti (1994-cü ildə 50 min dolların nə yekəlikdə pul olduğunu indi təsəvvür etmək çətindir) geri çevirdim. Ancaq mən gedəndən sonra Heydər Əliyevin qurduğu abidələri öz komandası satıb-dağıtdı.
Dedi:
Vəzifədən getmək istəyəndə Heydər Əliyevlə görüşdüm, qalmağımı istədi. Dedim, deputat seçilmişəm və orda fəaliyyət göstərmək istəyirəm. Birtəhər razılığını aldım və vəzifədən getdim.
- Bəs, axı siz qoruyurdunuz kitabxanaları, dili, tarixi, abidələri. Bilmirdinizmi siz gedəndən sonra dağıdacaqlar. Bir halda ki, Prezident özü sizə qal deyir, niyə gedirdiniz?
Dedi:
Heydər Əliyevə də dedim ki, indi qal deyirsiniz, ancaq yanınıza girib-çıxanlar o qədər dalımca danışıb, mənfi rəy yaradacaqlar ki, sonra özünüz çıxaracaqsınız.
- Eybi yox, sona qədər qalardınız, əvəzində indi bu suala cavab olaraq “mənlik olmadı” deyərdiniz.
Heç nə demədi.
- Bəlkə, bu cür insanlar qalmadığı, vəzifədən getdiyi üçün Seçilmişlərimiz belə “obirilərlə” işləməyə məcbur olur? Axı, təmizlər kənara çəkilirsə, başqa necə olmalıdır?
Dedi...
– bunun cavabı videoda saxlanılıb, baxarsınız.
Yəqin çoxları bilmir ki, Sabir Rüstəmxanlı riyaziyyatı mükəmməl bilib və uşaqlıqda müəllimlərini mat qoyan məsələlər, tənliklər düzəldirmiş. 13-14 yaşında yazdığı məktublarda da dünyanın məşhur riyaziyyatçısı olacağını, Vətənə riyaziyyatçı kimi xidmət edəcəyini yazırmış.
Ona görə də maraqlıdır: görəsən, bu yaşda necə düşünür – riyaziyyatçı kimi daha yaxşı xidmət edə bilərdi, yoxsa şair-publisist-nasir kimi xidmətləri daha əhatəlidir?
Gözləmədiyim, doğrusu, təəccübləndiyim cavab aldım. Dedi, hələ də tərəddüd edirəm – bəlkə də riyaziyyatçı kimi...
Və çox maraqlı bir əhvalat danışdı. Uşaq vaxtı qonşularına bir falçı gəlir, anası (Sabir bəy Ağanaz anaya “bacı” deyirdi) ora gedəndə böyük oğlunu – Sabiri də özünə həyan aparır. İçəri girəndən falçı bir neçə dəfə Sabirə baxır və aradan bir müddət keçəndən sonra qəfil onu göstərərək deyir ki, bu uşaqdan muğayat olun, böyük adam olacaq, həm də çörəyi həmişə qələmindən çıxacaq.
Dedi:
Bəlkə həyatımı doğrudan da görübmüş, bəlkə də bu söz həyatımı dəyişdi. O vaxt heç bilmirdim “çörəyi qələmdən çıxmaq” nə deməkdir. Ancaq bu söz beynimə həkk olundu və mən həyatım boyu qələmdən möhkəm yapışdım...
Daha nələrdən danışmadı ki! 2,5 saatın söhbətini, kadrarxası danışıqları, o sözlərin ifadəsindəki jestlərin yaratdığı təsəvvürü və istiqaməti yazıb-bitirməkmi olar?!
Zaman-zaman yəqin ki, ifadə olunacaq bunlar. Ola bilsin bəzilərində heç Sabir bəyin sözü olduğunu unudub yazmayacağıq; ola bilsin ki, bəzilərinin əsl sahibini unudub, “doğal sözümüz” zənn edib, tirajlayacağıq – azmı olub ki, Sabir Rüstəmxanlının ideya və fikirləri sonradan başqalarının siyasi-ideoloji fəlsəfəsinin mahiyyəti kimi təqdim edilsin?!
Ancaq kimin ifadə etməsinin fərqi yox, o Sözlərin arxasından mütləq Sabir Rüstəmxanlının Özü hər zaman boylanacaq.
Çünki Sabir Rüstəmxanlı bir işıqdır, abidədir, tarixdir, sözün bütün mənalarında böyükdür, ağsaqqaldır və onu mütləq öyrənməlisiniz – vallah da, billah da, özünüzə görə, taleyinizə görə lazımdır: Sizə köməkdir, dəstəkdir belə insanlar.
Xalqın sözüdür, xalqın gözüdür, xalqın özüdür belə adamlar.
Nə qədər əllərində qələmləri var – oxuyaq!
Nə qədər deməyə sözləri var – dinləyək!
Nə qədər vardırlar – bu qənimətlərimizlə fəxr edək...
Oxşar Xəbərlər
Dünyanı SARSIDAN OLAY: neft platfromasını belə partlatdılar - ANBAAN VİDEO
Türkiyə MN:
Ceyms Uorlik Ermənistanın müstəqillik tədbirinə qatıldı
Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…