10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
TAĞI ƏHMƏDOVUN TALADIĞI MİLYONLAR... -
“Ən qısa zamanda barəsində həbs qərarı verə bilərlər...”
YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan sabiq metropoliten rəisinin milyonlarının kiçik bir hissəsini də sələmçilər əlindən alıb
“3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən ona, yaxud da Çovdarova pul verim?!” - deyən Tağı Əhmədovun varidatı daha 3 milyon manat azalıb. Bu dəfə “Bakı Metropoliteni” QSC-nin keçmiş sədrinin, ötən həftə YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan Tağı Əhmədovun “qəpik-qəpik” yığdığı pulu sələmçilər əlindən alıb.
İş üzrə 3 nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilirlər. Adları çəkilənlərdən yalnız S.Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bir nəfər - Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. Pul isə əslində T.Əhmədovun olub...
Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib
.
Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb: “
Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda, YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik... Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər, deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.
İş üzrə fiqurantlardan Qulu Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb. O bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı: “
Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bir dəfə faizi ödəməyə gedəndə mən də onlarla getdim. Tağı müəllim hər adamı qəbul eləməzdi, amma mən vaxtilə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olmuşdum. Tağı Əhmədovun onunla arası yaxşı olduğu üçün məni içəri buraxdı. Bir müddət sonra Səadətin işlərində problemlər yarandı və Tağı müəllimin faizlərini ödəyə bilmədilər. Soltan deyirdi ki, bunlar məni Tağı müəllimin yanında biabır ediblər”.
Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq döyüb...
Tağı Əhmədovun əlindən gedən 3 milyonun mənbəyi haqda da hər hansı bir məlumata rast gəlinmir. İstintaqçılar Tağı Əhmədovun faizə verdiyi pulları haradan əldə etməsini araşdırmayıblar.
Bu haqda Tağı Əhmədovun özü MTN generalı Akif Çovdarovun cinayət işi üzrə məhkəməsində açıqlama vermişdi. Demişdi ki, “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”.
Akif Çovdarov isə Tağı Əhmədovu yalan danışmaqda ittiham etmişdi.
Onun məhkəmədəki ifadəsindən sitat:
“Generalın sözlərinə görə, detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki,
hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedib
. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Bundan başqa, biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki,
təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb ”kraskalayıb"lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi
.
Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq.
İndi yadımda qalanları deyəcəm. “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən hotelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi... Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib".
Akif Çovdarov Tağı Əhmədovun bank hesablarındakı pullar haqda da danışmışdı. O bildirmişdi ki, Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu olub: “
Digər pulları isə ”Bank of Baku" və “Unibank”dakı hesablarında idi. “
Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə, Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi
. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik".
Tağı Əhmədov Akif Çovdarovun məhkəmədə sadaladıqlarını bu günə qədər təkzib etməyib. Hazırkı cinayət işinin materiallarında əlindən alınmış vəsaitlə bağlı da hələlik, sabiq sədrin hər hansı bir izahatı, açıqlaması yoxdur.
Bəs hakim partiyanın Yasamal rayon təşkilatının sədrliyindən istefaya göndəriləndən sonra onun üçün tunelin sonu göründümü?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Tağı Əhmədovun barəsində mətbuatda olan məlumatlar kifayət edir ki, istintaq başlansın:
“Tağı Əhmədovun metropolitendəki fəaliyyəti haqda söylənilən hər bir fakt araşdırılmalı, hüquqi qiymət verilməlidir. Akif Çovdarov sıradan biri olmayıb ki, faktsız danışsın. Onun özünün məhkum olunması da məsələnin mahiyyətini dəyişmir. Akif Çovdarov araşdırma aparıbsa, bu özbaşına olmayıb ki?! Araşdırma qərar əsasında aparılıb və həmin qərar əsasında toplanan materiallar üzrə cinayət işi başlamayıbsa, həmin materaillar deməli ki, arxivdədir. O materialları arxivdən çıxarıb üstünün tozunu üfürüb Baş Prokurorluğa yollamaq lazımdır.
Tağı Əhmədov metropolitendə 40 il deyil, 400 il də işləsəydi, Akif Çovdarovun sadaladığı qədər varidata, banklarda üst-üstə 30-40 milyonu aşan məvacib ala bilməzdi”.
Hüquqşünas deyir ki, bu gün Azərbaycanda büdcə pullarına ictimai nəzarət zəifdir:
“Bu gün büdcədən maliyyələşən elə təşkilatlar var ki, adi 30-40 qəpiklik qələmi 3-4 manata rəsmiləşdirirlər. Büdcə təşkilatlarında korrupsiya cinayəti də adi haldır. Nə qədər büdcə vəsaitlərinin xərclənməsi ”örtülü bazar" olacaqsa, Tağı Əhmədovlar “yetişəcək”. Digər tərəfdən, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət deyil. Qanunda məmurlardan, iri ranqlı vəzifə sahiblərindən mal-mülklərinin mənşəyini rəsmi qaydada təqdimetmə tələbi yoxdur. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Məmurlar bundan məharətlə istifadə edirlər. Amma məmur vəzifədən getdisə, deməli, onun barəsində illərlə araşdırılmayan materiallar ildırım sürəti ilə istintaqa, oradan da məhkəməyə göndərilir.
General Rövşən Əkbərovun timsalında bu bir daha sübut olundu. 2001-ci ildə Ukraynada törədilən cinayətə görə Rövşən Əkbərov 2021-ci ilin əvvəlində qandallandı. Yəni Tağı Əhmədovu da Rövşən Əkbərov kimi ən qısa zamanda istintaqa cəlb edib, barəsində həbs qərarı verə bilərlər".
Oxşar Xəbərlər
Tağı Əhmədovun aylıq 1,5-2 faizlə pul verdiyi iddia olunur - MƏHKƏMƏ
Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirildi
Tağı Əhmədovun Eldar Mahmudov əleyhinə ifadəsi - MTN hakimin də başına torba taxmaq istəyirmiş
Tağı Əhmədovun hakim oğlu həyat yoldaşından boşanır
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…