"Rusiya qalib gəlsə, bütün postsovet məkanı zülmətə qərq olacaq" - XAQANİ CƏFƏRLİ


"Ukraynanın qələbəsi bütün postsovet məkanında demokratikləşməyə təkan verəcək"

"Rus süngüsü üzərində hakimiyyətini saxlayan Belarus diktatoru Aleksandr Lukaşenko saxta ittihamlarla 11 il müddətinə həbsə atdırdığı Mariya Kolesnikovaya həbsxanada işgəncələr verdirir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, bu işgəncələrin nəticəsidə artıq bir dəfə Mariya Kolesnikovanın həyatına təhlükə yaranıb, yalnız həkimlərin sayəsində ölümdən xilas olub: "Dustaqlara Mariya Kolesnikova ilə danışmaq qadağan olunub. Gün ərzində cəmi 30 dəqiqə gəzinti, 15 dəqiqə oxumaq hüququ olan Mariya Kolesnikova 8 saat işləməyə məcbur edilir. Belarusu tərk etməkdən imtina edərək ölkəsində qalan və bundan sonra 11 il müddətinə azadlıqdan məhrum edilən Mariya Kolesnikovanın azadlığa çıxaması da Ukraynanın qələbəsindən asılıdır".

Xaqani Cəfərlinin sözlərinə görə, Ukraynanın qələbəsi bütün postsovet məkanında demokratikləşməyə təkan verəcək: "Rusiya qalib gəlsə, o zaman bütün postsovet məkanı zülmətə qərq olacaq".

Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}