"Lavrov intihar etməsə mütləq Beynəlxalq Tribunal qarşısında cavab verəcək" - XAQANİ CƏFƏRLİ


"Ağlı başında olanlar terroru himayə edən dövlətlə bağlarını kəsmək üçün Rusiya vətəndaşlığından çıxmağa çalışırlar"

"Terrorçu rejimin "Velzuvel" ləqəbli xarici işlər naziri Sergey Lavrov ənənəvi illik mətbuat konfransında müharibənin nə zamansa bitəcəyini, ancaq daha sonra neçə yaşayacaqlarını təsəvvür etmədiyini bildirib. Həqiqətdə isə çox yaxşı bilir ki, intihar etməsə mütləq Beynəlxalq Tribunal qarşısında cavab verəcək". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, terroru himayə edən dövlət hesab olunan Rusiya və terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin təmsilçilərini Ukraynaya və ukraynalılara qarşı törətdikləri hərbi və insanlıq əleyhinə cinayətlərə görə ittiham edəcək Beynəlxaql Tribunalın yaradılmasına çox az qalıb: "Lavrov və terrorçu rejimdəki komanda yoldaşlarına daha bir bəd xəbər də Türkiyədən gələ bilər. Sergey Lavrov da daxil olmaqla, terrorçu rejimin liderləri Vladimir Putin, Mixail Mişustin, Sergey Şoyqu, Valeri Gerasimov və digər şəxslər haqqında "İnsanlığa qarşı cinayət", "Soyqırım", "Beynəlxalq hüququ pozma" maddələri ilə bir neçə ay öncə Ankara Baş Prokurorluğunda cinayət davası açan CHP İstanbul millət vəkili, hüquqşünas Mahmut Tanal bir neçə ay sonra Türkiyənin ədliyyə naziri ola bilər".

Xaqani Cəfərli əlavə edib ki, ağlı başında olan Rusiya vətəndaşları terroru himayə edən dövlətlə bağlarını kəsmək üçün Rusiya vətəndaşlığından çıxmağa çalışırlar: "Rusiyanın Avropa ölkələrindəki səfirlikləri Rusiya vətəndaşlığından çıxmaq istəyənlərin ərizələrinin qəbulunu müxtəlif bəhanələrlə dayandırmağa çalışırlar".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}