27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.Xocalı soyqırımının otuzuncu ildönümünün respublikamızın bütün ərazilərində anılması ilə əlaqədar dövlət başçımızın 28 yanvar 2022- ci il tarixli sərəncamında da qeyd edilir ki, bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir.Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində soyqırımın 32-ci il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük tarixi hadisə idi. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunur. Cənab Prezident və xocalıların iştirakı otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə yaddaşlara əbədi həkk olunacaq.30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan və işğal, təcavüz siyasətini azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə kimi qanlı aktlarla icra edən Ermənistan tarixi dərsini aldı. II Qarabağ müharibəsi nəticəsində döyüş meydanında məğlub olan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmadı. Düşmən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən döyüş meydanında darmadağın edildi. Bu gün Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır. Ölkəmizin bütöv ərazisində suverenliyimiz tam təmin edilib. Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edildi.Qurbanəli İslamovHövsan Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi, 2-ci Qarabağ müharibəsi Qazisi
Sozcu.info