Sosial-Müdafiə Mərkəzinin müdiri özbaşınalıq edir?

 

 


 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən dəyişikliklər, nazir Səlim Müslümovun həyata keçirdiyi islahatlar, bir çox vəzifə mənsublarına qarşı görülən ciddi tədbirlər bu mühüm sahədə mövcud ab-havanın əsaslı surətdə dəyişilməsi ilə nəticələnmişdir. Sosial müavinətlərin alınmasında yeni, şəffaflıq şəraitinin formalaşdırılması əhali arasında narazılıqların əsaslı surətdə azalmasına gətirib çıxarmışdır. Lakin aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi ilə bağlı yerlərdə hələ də narazılıq edənlərlə rastlaşmaq mümkündür.

Salyan rayonu, Xocalı kənd sakini Həsənov Aqil rayon Sosial Müdafiə Mərkəzinin Ramil adlı müdirindən narazılığının isə sən demə nə az, nə də çox, düz iki illik  tarixi var. A.Həsənovun 6 yaşlı qızı Vəzifə Həsənova iki ildir xəstədir. Respublika Klinik xəstəxanasında iki il əvvəl müalicə olunub. Əllərində və ayaqlarında qaralma olur, məktəbdə hətta dəfələrlə yıxılıb. Diaqnozu hələ bilinmir. Qəsbə İcra nümayəndəliyi, bələdiyyə məsələdən xəbərdardır.

Sosial-Müdafiə Mərkəzinin müdiri özbaşınalıq edir?

 

 

Ailədə 5 nəfərdirlər, ata evində 13 nəfərlik ailə üzvləri ilə birlikdə yaşayırlar.

Ötən il Sosial Müdafiə Mərkəzinin müdirinin yanında olub. Ailədə tək işldiyini, əmək haqqınn 120 manat olduğunu, aztəminatlı ailə kimi qeydiyyata götürülüb sosial müavinat almaq hüququndan istifadə etmək istdiyini bildirib. Lakin dediyinə görə müdir Cavanşir adlı əməkdaşı yanına çağırıb A.Həsənova 20 manat verib başdan etməsini tapşırır. Üstəlik uşağın sənədlərini və həmin 20 manatı yerə, döşəmənin üstünə ataraq ona qarş hörmətsizlik etməkdən belə çəkinməmişdir. Bu məsələni rayonda bilməyən çox az adam tapılar. A.Həsənov hətta rayonun yeni İ.H. başçısı S.Hətəmovun da qəbulunda olub, məsələ ilə bağlı onu da məlumatlandırıb. Yəqin hörmətli başçı bu işin ədalətli həllinin təmin edilməsi üçün lazımi tədbirlərini görəcək.

Məsələnin qaranlıq tərəfi ondadır ki, mərkəzin müdirinin ona olan münasibətində hələ ki, dəyişiklik yoxdur. O, hətta A.Həsənovun əvvəlki başçının qəbuluna getməsinə əngəllər törədib, onu hədələməkdən belə çəkinməyib.

Bildiyimizə görə Sosial Fondla – Sosial Mərkəzin birləşməsindən sonra yenidən tutduğu postda saxlanılan müdirin özbaşnalıqları davam etməkdədir. Aztəminatlı ailələr arasında təkcə Xocalı kəndində ondan narazlıq edənlərin sayı bir deyil, iki deyil.

İnsanlar aidiyyatı ünvanlara haqqında narazılıq dolu məktublar ünvanladıqları bir vəzifə mənsubunun vəzifədə öz yerini daha da  möhkəmlətməsinə təəccüblərini gizlətmirlər. Görəsən A.Həsənov sosial müavinət almaqdan ötrü daha neçə il mərkəzin qapısını döyməlidir? Son dərəcə acınacaqlı, çətin duruma düşmüş, müalicəsinə vəsait tapılmayan 6 yaşlı qızcığazın, onun ailəsinin vəziyyəti yəqin ki, kompitent təşkilatlar tərəfindən nəzarətə götürüləcək. Dövlət başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının özünü xalqın xidmətçisi adlandırdığı bir ölkədə kiçik məmur özbaşınalğına stimul verən nədir? Redaksiyamız mərkəzin müdiri ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsə də nəticəsi olmadı. Əlbəttə, biz qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. İntəhası, görəsən Ramil bəy özünə necə haqq qazandıra biləcək?

P.S. Məsələ ilə bağlı, eləcə də digər şikayətlərin redaksiyamıza müraciətlərinin araşdırılması davam etməkdədir. Növbəti saylarımızda bu və ya digər məsələlərə daha ətraflı aydınlıq gətirməyə şalışacağıq.

"Yeni Sözçü”    



Oxşar Xəbərlər

Xəbər lenti