25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Respublikamızda taninmış iş adamı, Zaqatala rayonunda fəalliyət göstərən "Ləzzət” İstirahət Mərkəzinin sahibi Hacıbəy İbrahimova (Zaqatalinski) qarşı təzyiqlər yenidən başlanıb.Bəzi qüvvələrin sifarişi ilə H. İbrahimovun hüquqlarını kobudcasına pozmaqla yanaşı, komersiya fəaliyyətinə əngələr yaradılır. Bu barədə redaksiyamıza şikayət edən Hacıbəy İbrahimov (Zaqatalnski) bildirir ki, 17 iyul 2016-cı il tarixdə gecə saat 23 radələrində, Zaqatala Rayon Polis Şöbəsinin 3 polis əməkdaşı, sahibi olduğu Zaqatala rayonu Car kəndində yerləşən "Ləzzət” İstirahət Mərkəzinə gəlib ondan pul tələb ediblər. Şikayyətçi qeyd edir ki, o, polislərin istəyini yerinə yeirmədikdə isə ona süni təzyiqlər göstərməyə və problemlər yaratmağa başlayıb. H. İbrahimov daha sonra şikayyətində yazır: " Belə olan halda polislər gecəyarısı istirahət edən turistləri oyadaraq və narahat edib qanunsuz axtarış aparıblar. Sonra isə onlar istirahət etməyə gələn iki nəfər vətəndaş isə qanunsuz olaraq polis şöbəsinə aparıblar. Sonradan mənə şöbədə bildirdilər ki, guya onların, yəni qadın və kişinin şöbəyə gətirilməsinə,onların arasında nikah müqaviləsinin olmaması səbəb olub. Mən, Rayon Polis Şöbəsində olarkən polis əməkdaşlarına bildirdim ki, həmin turistlər istirahətə gələn zaman biz onları şəxsiyyəti təsdiq edən və digər müvafiq olan sənədlərlə qeyddiyyata almışıq və onların sənədlərini özümüzdə saxlayırıq. Mən polislərin nəzərinə çatdırdım ki, burada heş bir qanun pozuntusu yoxdur və inkişaf etmiş əslində sivil dövlətlərdə istirahət edən şəxslərin kimlikləri heç maraqlanmırlar. Xeyli söhbətdən sonra vətəndaşların istirahətini pozan polislər mənim təqidlərimdən sonra onları sərbəst buraxdılar. Bir sözlə bütün bunlar mənə qarşı edilən növbəti haqqsızlıqların nəticədir.
Məlum olduğu kimi Prezident cənab İlham Əliyev Azərbaycanda turizmin inkişafı üçün yaradılan maneələrin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir, münbit şərait yaradılmasına dair sərəncamlar verir. Bu sərəncamlardan irəli gələn məsələlərin həll iüçün Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevdə tez-tez mətbuatda çıxış edir.Ancaq bəzi korrupsioner vəzifəli şəxslər öz çirkin niyyətlərini həyata keçirmək üçün min-bir oyundan çıxıb fəaliyyətimizə əngəl yaradırlar.İstirahət Mərkəzində dincələn turistlər polisin bu özbaşınalığına nifrət etdilər.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Daxili İşlər Naziri cənab Ramil Usubova və Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə müraciət edib, xahiş edirəm bu qanunsuzluq faktını dərhal araşdırıb özbaşınalıq edən polislərin cəzalandırlıması lazımı tədbirlər görsünlər. Mən inanıram ki, onlar tezliklə cəzalandırılacaqlar”
Qeyd edək ki, Hacıbəy Zaqataliniski 1987-ci ildə Azərbaycanda ilk dəfə Kooperativlər İttifaqını yaradıb və bu ittfaqın ilk təsiss qurultayını keçirilməsinə təşkilatçıliq edib. O, xeyirxah insan olmaqla yanaşı, həm də təcrübəli komerrsantdır. Son vaxtlar ona qarşı edilən təzyiqlər isə ancaq insan haqqlarının pozulması kimi qiymətləndirə bilərik.