29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.
İdarənin Mətbuat Xidmətindən Sozcu.info-ya daxil olan məlumata görə, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurum paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".