Əhməd Əhmədzadənin də istefa zamanı gəldi

 


"Azərsu” ilə "Meliorasiya və Su Təsərrafatı” birləşdirilir

 

Struktur islahatların növbəsi səhmləri dövlətə məxsus olan Açıq Səhmdar Cəmiyyətlərinə çatıb. Bununla bağlı "Yeni Sözçü” qəzetinə daxil olan məlumatda deyilir ki,  yaxın zamanlarda "Azərsu” ASC-i ilə "Meliorasiya və Su Təsərrüfatı” ASC-i birləşdiriləcək. Daha doğrusu "Meliorasiya və Su Təsərrüfatı” ASC-i ləğv edilərək Azərsu” ASC-yə birləşdiriləcək. Daha sonra onların bazasında vahid struktur yaradılacaq. Bu məlumatı dəqiqləşdirməyə çalışan zaman məlum oldu ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğv ediləcəyi ilə bağlı məlumatlar bu qurumun əməkdaşları arasında ötən aydan başlayaraq yayılıb. Hətta ASC-nin rəhbər şəxsləri də bu barədə danışmaqdan çəkinmirlər. İddialara görə, "Azərsu” ASC-i ilə "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin birləşdirilməsi oktyabr ayının sonunda gündəmə gəlib,lakin Əhməd Əhmədzadənin xahişini nəzərə alınıb, bir müddətə təxirə salıb. Söylənilənlərə inansaq Əhməd Əhmədzadə 26 il ərzində fasiləsiz rəhbərlik etdiyi "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğv edilərək "Azərsu” ASC-yə birləşdirilməsini 75 yaşının tamam olmasından sonra həyata keçirməyi xahiş edib. Xatırladaq ki, 1945–ci il təvəllüdlü Əhməd Əhmədzadənin 75 yaşı yanvar ayının 7-də tamam olur. Çox güman ki, bu münasibətlə dövlət başçısı tərəfindən yüksək dövlət mükafatlarından biri ilə təltif olunacaq. İddialara görə, Əhməd Əhmədzadə oğlu Cuma Əhmədzadənin Milli Məclisdə təmsil olunmasını da xahiş edib. Hələlik onun bu xahişinə rədd cavabı verilməyib. İstisna deyil ki, fevralın 9-da keçiriləcək seçkidə  112 saylı Qax seçki dairəsindən deputat məhz Cuma Əhmədzadə seçilsin. Milli Məclisin beşinci çağrış tərkibində  112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimli Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab olunur. Əgər, Kəmaləddin Heydərovun daha siyasi proseslərə təsir imkanın olmadığını nəzərə alsaq Cuma Əhmədzadənin  112 saylı Qax seçki dairəsindən deputat olma imkanlarının yüksək olduğu aydın olar.

"Meliorasiya və Su Təsərrafatı” ASC-nin ləğv edilərək "Azərsu” ASC-yə birləşdirilməsi yüksək dairələrdə yeni yaranacaq quruma kimin rəhbərlik edəcəyi qeyri-müəyyən olaraq qalır. Əhməd Əhmədzadənin təqaüdə göndərilməsindən sonra "Azərsu” ASC-nin hazırkı sədri Qorxmaz Hüseynovun yeni quruma rəhbərlik şansları yüksək qiymətləndirilir. Ancaq istisna deyil ki, yeni quruma rəhbərlik 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış, son 15 ildə isə Milli Məclisinin sədri olmuş Oqtay Əsədova həvalə edilsin. Əgər, belə olarsa Qorxmaz Hüseynov onun birinci müavini təyin oluna bilər.

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğvindən sonra bu qurumun rəhbərliyində təmsil olunan şəxslərdən yalnız ASC-i sədrinin müavini Rafiq Aslanov yeni qurumda rəhbər vəzifə tuta bilər. Əhməd Əhmədzadənin digər müavinləri,sədrinin birinci müavini Məmmədsadıq Quliyev başqa olmaqla müavin Zakir Quliyev vəzifələrini itirəcək və yeni qurumun rəhbərliyində təmsil olunmayacaqlar. Ancaq  Məmmədsadıq Quliyevdən fərqli olaraq Zakir Quliyevə yerli idarələrdən birinin rəhbərliyi həvalə oluna bilər.

Yeni yaranacaq qurumda "Azərsu” ASC-nin hazırkı rəhbərliyində təmsil olunan şəxslərdən əksəriyyəti mövqeyini qoruya bilsə də, bəziləri vəzifə tutmayacaqlar. Onlardan biri də "Azərsu” ASC-nin sədr müavini olan Etbar Məmmədov ola bilər.

Ekspertlər isə bu iki ASC-nin birləşdirilməsinin böyük həcmdə büdcə vəsaitlərinə qənaət imkanı yaradacağını vurğulayırlar. Eyni zamanda bu birləşmə ölkənin su ehtiyyatlarından istifadənin səmərəliyini artıra bilər. Qeyd edək ki, əksər kənd rayonlarında əhali içməli su ilə təmin edən subartezian quyuları hazırda "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansındadır. Halbuki, onların suyundan "Azərsu” ASC-nin abonentləri olan vətəndaşlar istifadə edir. Bu subartezian quyuların əksəriyyəti sovet dövründə və müstəqilliyin ilk illərərində əkin sahələrini suvarmaq məqsədilə qzılıb. İndi isə ondan vətəndaşlar içməli su mənbəyi kimi istifadə edirlər. Halbuki, onların bir qisminin suyu içmək üçün yararlı deyil. Bütün bu ziddiyətləri aradan qaldırmaq, ölkənin su ehtiyyatlarından istifadənin səmərəliyini artırmaq, sudan istifadəyə görə ödənişlərin yığımını tam təmin etmək və dövlət büdcəsindən hazırda mövcud olan iki ASC-nin fəaliyyəti üçün ayrılan büdcə vəsaitlərinin bir qurumun ehtiyacları qədər ayırmaqla böyük həcmdə büdcə pullarına da qənt edilmiş olacaq. Bununla həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsi və çevikliyinin artırılması dövlət başçısının yeni siyasi kursunun icrası istiqamətində daha bir addım atılmış olacaq.

Azad Aydın,

"Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti