8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun büdcə pullarını necə xərcləməsi sual doğurur
Salyan rayon sakini Aqil Həsənov övladını gəfil xəstəliyin əlindən almaq üçün paytaxtdakı xəstəxanaya çatdırdığına görə indi işini itirmək təhlükəsi ilə üzləşib. Övladını Bakı şəhərindəki xəstəxanaya aparmağı isə ona Salyan rayon xəstəxanasında məsləhət görürlər. Aqil övladını Bakı şəhərindəki xəstəxanaya gətirməzdən əvvəl işlədiyi idarənin, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifova xəbər verir. Bunu isə həmin idarədə işləyən atasının vasitəsilə edir. İndi isə Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov ata-oğulu işdən qovmaqla hədələyir. Atasının işdən qovulmasına bais olacağının acısını yaşayan Aqil idarə rəisinin onu uzun müddətdir ki, təqib etdiyini yazır. Şikayətçinin sözlərinə görə, hələ bir dəfə idarə rəisi onu vurmağı da əmr edibmiş. İndi isə vətəndaş Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun bu hərəkətlə onu intihar həddinə çatdırdığını iddia edir. Bu şikayətlə daha geniş araşdırma aparmağa çalışacağıq.
Hələlik isə qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Salyan Suvarma Sistemləri İdarəsinə büdcədən ayrılan pulların şəfaf xərclənmədiyi ilə bağlı iddia üzrə apardığımız araşdırmanı təqdim edirik.
Qeyd edək ki, dövlət büdcəsindən ən çox pul ayrılan qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. Ancaq Meliorasiya və Su Təsərrüfatı ASC-nin bəzi yerli qurumlarının bu vəsaitlərdən səmərəli istifadə etmədiyi, hətta həmin büdcə vəsairlərini mənimsədiy haqqında məlumatlar var. Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələri bu əməliyyatları bir qayda olaraq nasos və aqreqatların təmiri, ehtiyyat hissəslərin alınması, inzibati binaların təmiri, bu məqsədlə mal-materialların satın alınması adı altında xərclənir.
Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Salyan Suvarma Sistemləri İdarəsi ötən il 173 min manatdan artıq büdcə pulunu nasos və mexaniki aqreqatların təmiri üçün ehtiyyat hissəslərin alınması adı ilə xərcləyib. Bu əməliyyat isə "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə aparılıb. Azərbaycanda "İlkin-N” MMC-i adı ilə iki şirkət qeydiyyatdan keçib. Onlardan biri Səlyan rayonunda yerləşən və Qurban Abbasovun rəhbərlik etdiyi "İlkin-N” MMC-dir. Bu MMC-i Səlyan rayonunda normal fəaliyyət göstərən özəl şirkətlərdən hesab olunur. Ancaq məsələ ondan ibarətdir ki, bu MMC-i bir qayda olaraq təmir işləri ilə məşğul olur. Məsələn, ötən il Salyan Rayon icra Hakimiyyəti kommunal binalarının dam örtüklərinin əsaslı təmiri işlərini həyata keçirib. Bir şirkətin həm binaların təmiri, həm də nasos və mexaniki aqreqatların təmiri üçün ehtiyyat hissəslərin satışı ilə məşğul olması normal halda mümkün deyil. Belə olan halda bu əməliyyatlardan birinin saxta olması ilə bağlı şübhələr yaranır. "İlkin-N” MMC-i nasos və mexaniki aqreqatların təmiri üçün ehtiyyat hissəslərin istehsalçısı və yaxud da idxalatçısı kimi tanınmadığı üçün Salyan Suvarma Sistemləri İdarəsi bu şirkətlə həyata keçirdiyi maliyyə əməliyyatının arxasında başqa məqamların dayanması daha çox şübhə yaradır. Bununla bağlı Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun mövqeyini öyrənməyə çalışacağıq. Məhz o aydınlıq gətirə bilər ki, "İlkin-N” MMC-nin Salyan Rayon icra Hakimiyyəti ilə yoxsa Salyan Suvarma Sistemləri İdarəsi ilə həyata keçirdiyi əməliyyat real əməliyyatdır.
Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun mövqeyini öyrəndikdən sonra, Salyan Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun mövqeyini öyrənməyə çalışacağıq.
Prezident İlham Əliyevin büdcə vəsaitlərindən şəfaf və effektli şəkildə xərclənməsi ilə bağlı tələbinə əməl etmək hər bir vəzifəli şəxsin borcudur. Buna görə ümid edirik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Salyan Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu məqalədə əksini tapan məqamlara aydınlıq gətirməkdən çəkinməyəklər.
Aygül Süleymanova,
"Yeni Sözçü” qəzeti