8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu ildən işləməyən məcburi köçkünlərə "dondurulmuş əməkhaqları”nın ödənilməsi dayandırılıb.
Sozcu.info xəbər verir ki,bu barədə virtualaz.org saytına Zəngilan köçkünü Əminə İsmayılova məlumat verib.
Şikayətçi deyib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə işğaldan əvvəl büdcədən maliyyələşən idarə və təşkilatlarda çalışan köçkünlərə əməkhaqqı ödənilirdi. "1994-cü ildən 30 min köçkünə "dondurulmuş əməkhaqqı” ödənilirdi. Pensiya yaşına çatmış və ya işlə təmin olunmuş köçkünlər siyahıdan çıxarıldığı üçün ötən il 7 min köçkün məvacib alıb. Hazırda isə onlara da əməkhaqlarının ödənişi dayandırılıb”,-Ə.İsmayılova deyib.
Ə.İsmayılova Zəngilan rayonu, Sobu kənd orta məktəbində dərs deyib. ""Dondurulmuş əməkhaqqı”nın müqabilində iş təklif olunacağı vəd edilir. 58 yaşım var, mənə məktəbdə xadimə kimi işləmək təklif olunur. Yanvar ayından indiyədək hər həftə Nazirlər Kabinetinə qəbula gedirik. Amma şikayətlərimizi dinləyən yoxdur”,-şikayətçi əlavə edib.
Bu gün-fevralın 20-də 100-ə yaxın köçkün yenidən Nazirlər Kabinetinin qarşısında toplaşaraq ödənişin bərpa olunmasını istəyiblər. Bir qrup şikayətçi qəbul edilib, amma onlara bildirilib ki, bu il "dondurulmuş əməkhaqları”nın ödnilməsi üçün vəsait ayrılmayıb.
Zəngilan sakini Bənövşə Cavadova bildirib ki, xüsusilə işsiz müəllimlər narazılıq edib. "Nazirlər Kabinetində bizə dedilər ki, "Qaçqınkom”un sədri Əli Həsənovun məsələdən xəbəri var. Həsənov da "dondurulmuş əməkhaqları”nın ödənilməsini istəyir. Lakin büdcədə əlavə vəsait nəzərdə tutulmayıb. Narazılıq edənlərin əksəriyyəti yataqxanada yaşayır, 150-250 manata möhtacdır”,-B.Cavadova qeyd edib.
Müəllimlər işlə təmin olunmaları üçün Təhsil Nazirliyinə də müraciət ediblər. Lakin Bakıda yaşayan müəllimlərə ucqar rayonlarda iş təklif olunub.
Qeyd edək ki, işğalla əlaqədar iş yerini itirmiş müəllimlərə, həkimlərə və mədəniyyət işçilərinə verilən müavinətin dayandırılması təşəbbüsü yerli icra hakimiyyətləri və müvafiq nazirliklərdən gəlib.