"Azəriqaz" Novxanı sahibkarlarının problemini dinləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Abşeron rayonunda təşkil olunacaq.

Sozcu.info "Azəriqaz"a istinadən xəbər verir ki, İstehsalat Birliyinin rəhbər şəxsləri rayonun Novxanı kəndində (Dəmiryolu stansiyasının yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” noyabrın 5-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.


Oxşar Xəbərlər

Xəbər lenti