Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Direktorun evindən kollecə məxsus texnikalar tapıldı
Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ:
Vəzifəli şəxslər SAXLANILDILAR - ADLAR
İlham Əliyev Xocalıdadır -
FOTOLAR
Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi
Şuşa ilə bağlı bu qayda dəyişir -
Bundan sonra belə olacaq
Prezident Xankəndinin Kərkicahan qəsəbəsinə getdi -
FOTOLAR
Milli Məclis Prezidenti təbrik etdi
Milli Məclisin növbəti iclası başladı
1399-cu gün:
Rusiyanın itkiləri yeniləndi
Ötən gün pirotexniki vasitələr satan 4 nəfər saxlanılıb
Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Bu gün, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Təhsil Nazirliyi "saxta diplom" verənlərə şərik olur -
NAZİRLİK BİR AYDAN ÇOXDUR Kİ, SUSUR
Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur.
Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən
şəxslərə
rast gəlmək olar ki, bunu Təhsil Nazirliyində də etiraf edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Son illərdək Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Təəssüflə qeyd etməliyik ki, təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının təbii olaraq çoxalması deməkdir. Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoş məramlı missiyasın qarşısında sipərə çevrilirlər. Onlar nəyinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.
Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu günlərdə 1998-ci ildə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən Xəlilova Mahirə Ərşad qızına verilən diplomun saxta olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Biz öz peşə vəzifəmizə uyğun olaraq, Təhsil nazirliyinə müraciət etdik. Təəssüflə qeyd etməliyik ki, Təhsil nazirliyi nəyinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlıdır, hətta "
Hürriyyət"in sorğusuna cavab verməyi belə özünə "sığışdırmır".
Məlumat üçün bildirək ki, məsələylə bağlı dəfələrlə Təhsil nazirliyinə müraciət etsək də sorğumuza cavab verilməmişdir.
Dövlət İmtahan Mərkəzi isə sorğumuza cavab olaraq bildirib ki, diplomun araşdırılması Mərkəzin səlahiyyətlərinə aid deyildir.
Artıq bir aydan çoxdur ki, Təhsil Nazirliyinə sorğu göndərmişik. Təəssüf ki, Təhsil Nazirliyi susmaqda davam edir.
Görünür ki, Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır. Amma onların sayı həddən artıq çoxdur. Saxta diplomlara malik şəxslər məktəb direktoru da, bağça müdiri və digər vəzifəlilər də ola bilir. Əsas məqam ondan ibarətdir ki, kimsə iş tapanda, ondan diplom tələb olunarkən, o da həmin işbazlarla əlaqəyə girir. Yüksək vəzifə tutanların diplomları isə ümumiyyətlə araşdırılmır.
Ortada iddiaların olmasına baxmayaraq, Təhsil Nazirliyinin hələ də susqunluq nümayiş etdirməsi onu göstərir ki, nazirlik də baş verən saxtakarlığı ört-basdır edərək qanunsuzluğa birbaşa şərik olur.
Təhsil Nazirliyi niyə redaksiyamıza təqdim edilən faktı araşdırmaqda maraqlı deyil?...
Hər dəfə diplomlarının saxta olması gündəmə gətirilir və quru statistika göstərilir. Saxta diplomu verən şəxslərin cəzalandırılmasının isə hələ də şahidi olmuruq. Təhsil Nazirliyi həmişə çox ümumi və abstrakt bir açıqlama verir. Düzdür, deyirlər ki, 2 min nəfərin diplomu saxtadır. Onların hər biri adbaad məlumdur.
Amma bu adlar nədənsə, ictimaiyyətə açıqlanmır
.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq. O diplomun saxta olub-olmasını araşdırmaq üçün Təhsil Nazirliyinin Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac olmadığını vurğulayıb:
"Çox təəssüf ki, Təhsil Nazirliyi bu tipli məsələlərdə operativ deyil. Ümumiyyətlə baş verən proseslərə münasibəti və reaksiyası çox aşağı səviyədədir. Digər tərəfdən isə bunu yoxlamaq üçün, "Amerikanı ikinci dəfə kəşf etməyə" Təhsil Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac yoxdur. Müvafiq olaraq, bunu araşdırmaq üçün diplom.edu.az və eyni zamanda e-gov.az portalı var. Yəni dövlət tərəfindən 2003-cü ildən bəri verilən bütün diplomların hamısı bazada yerləşdirilib. Hər bir kəsin təhsil sənədi orda qeyd edilib. Hazırda istər dövlət, istərsə də özəl sektorda çalışanların diplom sənədləri bazaya daxil edilib. Saxta diplom dediyimiz əsasən bir neçə istiqamətdə ortaya çıxır. Birincisi, müəyyən qəbul qaydalarından kənar ali məktəblərə qəbul olunanlardır. Məsələn, boş plan yerlərinə həmin şəxsləri rektorlar və ya kimsə universitetə təhsil almağa götürür. Yekunda verilən sənəd dövlət nümunəli olmur. İkincisi isə ABU-nun vaxtında baş verən köçürtmələr nəticəsində olub. Bu diplomlar da sistemə vurulmayıb. Daha sonra plandan kənar qəbullar da olub. Bu insanlar 4 il təhsil alıblar, sadəcə onların oxumağı ilə bağlı tələbə-məzunu sisteminə informasiya daxil edilməyib. Siz Dövlət İmtahan mərkəzinə sorğu göndərdikdə, onlar sistemə baxacaqlar. Həmin şəxsin qəbul imtahanında iştirak edib-etməməsi bilinəcək. Əgər iştirak edibsə, topladığı bal və daxil olduğu ailə təhsil müəssisəsi sistemdə göstəriləcək. Təhsil Nazirliyi də eyni zamanda sistemə baxmalıdır. Əgər bu şəxs TQDK vasitəsilə qəbul olunmayıbsa, onun köçürtmə və ya daxil qəbulla daxil olması araşdırılmalıdır".
Təhsil eksperti onu da qeyd edib ki, ola bilsin ki Təhsil Nazirliyinin əməkdaşları "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur:
"Ümumiyyətlə "saxta diplom" ifadəsi yanlışdır. Dövlət nümunəli olmayan diplom ifadəsi var. Yəni dövlət tərəfindən verilməmiş diplomlar...Diplomlar seriya nömrəsi ilə verilir. 2012-ci ildə o vaxtı TQDK-nın rəhbəri olan Məleykə Abbaszadə demişdi ki, 20 mindən çox şəxs bizim vasitəmizlə ailə məktəblərə qəbul olunmayıb. Amma onların diplomları var. O vaxtı təhsil naziri olan Mikayıl Cabbarov isə demişdi ki, diplomları dövlət nümunəli olmayan şəxslər müəllim kimi çalışırlar. Həqiqətən də 2014-2017-ci illərdə keçirilən müəllimərin diaqnostik imtahanında məlum oldu ki, 8 min müəllimin diplomu dövlət nümunəli deyil. Onlar lisenziyası olmayan təhsil müəssisələrində təhsil alıblar. Yəgin ki, Təhsil Nazirliyinin başı qarışıqdır. Onlar "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur".
PS. Təəssüf ki, Təhsil Nazirliyi sorğumuza heç bir cavab verməyib. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə cərimə nəzərdə tutulur. Necə edək ki, məmurlar ictimaiyyətə xəbər çatdıran media qurumlarına cavab versinlər? Məlumat əldə etmək azadlığı haqda qanunda informasiya ombudsman qurumunu fəallaşdırmaq lazımdır. Qanunun 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Məlumatın əldə edilməsi barədə sorğudakı məlumat öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Qanunda jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən senzura tətbiq etmək, peşə müstəqilliyini pozmaq, jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək, jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək və digər hüquqlarını pozmaq mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər.
Oxşar Xəbərlər
Azərbaycanda tələbələrə təhsil krediti nə vaxtdan veriləcək?
Sabahdan kolleclərə ixtisas seçimi başlayır
“Təhsil haqqı ən azı 50 faiz azaldılmalıdır” Ekspertdən şok təklif
Bu şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək
Xəbər lenti
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Elşad Abdullayevə hökm oxundu
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Direktorun evindən kollecə məxsus texnikalar tapıldı
Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ:
Vəzifəli şəxslər SAXLANILDILAR - ADLAR
İlham Əliyev Xocalıdadır -
FOTOLAR
Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi
Şuşa ilə bağlı bu qayda dəyişir -
Bundan sonra belə olacaq
Prezident Xankəndinin Kərkicahan qəsəbəsinə getdi -
FOTOLAR
Milli Məclis Prezidenti təbrik etdi
Milli Məclisin növbəti iclası başladı
1399-cu gün:
Rusiyanın itkiləri yeniləndi
Ötən gün pirotexniki vasitələr satan 4 nəfər saxlanılıb
İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
200 manatlıq sosial yardım belə ödəniləcək
Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı
Xəzər dənizində güclü zəlzələ oldu
Tapdığınız əşya nə zaman sizinki sayılır?
Ceyhun Rəhmanova vəzifə verildi
İlham Əliyev-müdrik strateq və praqmatik liderlik nümunəsi-Elşad Mirbəşir oğlu yazır
13 yaşlı qız evli qohumundan hamilə qaldı -
Ailəsi şikayətçi olmadı...
Kolleclərə yeni təyinatlar -
FOTO
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Prezidentin 2181 saylı Fərmanı korrupsiyanın caynağında
Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR -
MÜRACİƏT
Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb -
RƏQƏMLƏR
Ən kəskin respirator virus infeksiyaları yayılır -
RƏSMİ
Bayramda 1 həftə evdəyik? -
İzah
Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar -
TƏFƏRRÜAT
Avtomobil bazarına ağır zərbə, maşınlar əllərində qaldı
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Amnistiya aktının icrasına başlanıldı
Vanqanın 2026-cı il üçün ŞOK proqnozları
Məhşur sosial media fenomeni HƏBS OLUNDU
DƏHŞƏTLİ mikroavtobus qəzası -
ÖLƏN VAR
Bu sözdən qanunsuz istifadə edənlər 800 manat cərimə olunacaq
Bu şəhərdə cəmi 18 dəqiqə gündüz olacaq
Pensiya alanlara
ŞAD XƏBƏR
Bazar günü hava necə olacaq? -
PROQNOZ
Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı…
Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi -
FOTO
Amnistiya icrasına artıq start verildi: “8 min nəfərin...” -
RƏSMİ
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... -
FOTO
Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı AMEA-dan AÇIQLAMA
Adnan Əhmədzadənin dəhşətli səhvi – Ən yaxın adamı qaçıb gizlənib -
FOTO
13 dərəcə şaxta olacaq -
XƏBƏRDARLIQ
Somalidən onlarla ton dondurulmuş qoyun ətini Azərbaycana kim gətizdirib? -
RƏSMİ
Məşhur peyvəndin xərçəng əleyhinə təsiri aşkarlandı
PRİZMA
İlham Əliyev-müdrik strateq və praqmatik liderlik nümunəsi-Elşad Mirbəşir oğlu yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
İSRAİL TÜRKİYƏYƏ VETO QOYDU, BAKI DƏVƏTİ RƏDD ETDİ
– “Rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür
SOSİAL
1
2
3
4
5
6
İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
200 manatlıq sosial yardım belə ödəniləcək
13 yaşlı qız evli qohumundan hamilə qaldı -
Ailəsi şikayətçi olmadı...
Bayramda 1 həftə evdəyik? -
İzah
Pensiya alanlara
ŞAD XƏBƏR
Bazar günü hava necə olacaq? -
PROQNOZ