Bakının mərkəzində çoxillik ağacları kəsib parkinq etdilər - Fotolar


Bakının Nəsimi rayonunda ağacların kəsilərək yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Belə ki, ərazidə çoxillik ağaclar kəsilib, piyadalar üçün səki isə daraldılıb.

“Qafqazinfo” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, məsələdən xəbərdardırlar.

“Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkədə, həmçinin sözügedən ərazinin bu dəyişiklikdən öncəki görüntüsünün fotosu da yayılıb.

 







Oxşar Xəbərlər

Xəbər lenti