8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən ilin noyabr ayında Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovun bir neçə nəfərin köməkliyi ilə işdən evə getmə video-lenti sosial şəbəkələrdə dərc olunmuşdu. Çox keçmədi ki, rektor Akif Süleymanovun işə gəlməsi ilə bağlı video da dərc olundu. Sübut olundu ki, ATU-nun rektoru "İNSULT" xəstəliyindən əziyyət çəkir, əmək qabiliyyətini itirib.
Əmək Məcəlləsinə əsaslanaraq bildiririk ki, əmək qabiliyyətini itirmiş şəxs öz funksiyalarını icra edə bilmirsə ərizəsi əsasında işdən kənarlaşdırılır və ya Təhsil nazirinin təqdimatı əsasında tutduğu vəzifədən xaric olunur.
Lakin Texnologiya Universitetinin rektoru Akif Süleymanov iki ildir ki, tutduğu posdan əlçəkmir.
ATU-nun rektoru Akif Süleymanov 5 may 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın açılışına sədrlik edən zaman dövlət himni səslənərkən ayağa qalxa bilməyib.
Videodan aydın görünür ki, rektor əlini ürəyinin başına qoyaraq, cani dildən himni ifa etsə də, digərlərindən fərqli olaraq ayağa durmayıb.
Rektor həmin konfransda şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilərkən də ayağa qalxmayıb. Bu isə onun səhhətində ciddi problemin olmasını bir daha təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun səhhətində ciddi problemlərin olduğu və işə 3-4 adamın köməkliyi ilə gəlməsi barədə görüntülər mediada yayılmışdı, həmin görüntülər Prezident Administrasiyasına da rəsmi Texnologiya Universitetinin əməkdaşları tərəfindən göndərilmişdir.
Lakin həmin vaxtdan aylar keçməsinə baxmayaraq heç bir nəticə yoxdur. Görünü, ATU-nun rektoru Akif Süleymanovun əmək qabiliyyətini itirməsindən prezidnt İlham Əliyevin xəbəri yoxdur.
İkinci Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlər, əmək qabiliyyətini itirmiş qazilər dövlət himnimiz uğrunda döyüşüblər. Dünyanın ikinci belə bir ölkəsi yoxdur ki, dövlət himni çalınarkən ayağa qalxa bilməyən rəhbəri olsun.
Qazi adını daşıyan şəxslər tək ayaqda qalxıb və ya iki qoltuq alt çəlikə söykənib, dövlət himni çalınarkən qürurla tamamlayır, amma Texnologiya Universitetinin rektoru Akif Süleymanov və Tədris şöbəsinin müdiri Babək Həsənov pıçıldaşırlar. Hətta şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunan anlarda da ayağa qalxa bilmir.
Belə olduğu halda, Akif Süleymanovun Texnologiya Universitetinin rektoru vəzifəsində qalmsı kimin marağına xidmət edir?! Artıq onun təqaüdə göndərilməsinin vaxtı çoxdan ötməyibmi?!
Hurriyyet.az