8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İflas etməsi haqda iddialar yayılan türkiyəli iş adamı Kamil Ekim Alptekin barəsində maraqlı detallar üzə çıxıb.Türk-Amerika İş Adamları Dərnəyinin (TABA) sabiq başqanı, daha sonra isə Türkiyə-ABŞ Biznes Şurasının (DEİK/TAİK) başqanı olmuş Kamil Ekim Alptekin daha çox 2017-ci ildə gerçəkləşdirdiyi bir təşkilatçılıqla diqqət mərkəzinə düşmüşdü.ABŞ-nin nüfuzlu nəşrlərindən olan “Wall Street Journal” qəzeti ölkədə 2016-cı il prezident seçkiləri ərəfəsində Türkiyədən bir qrup nazirin FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Gülənin təhvil verilməsini müzakirə etmək üçün Amerikanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinlə görüşünə dair material yayımlamışdı.Xəbərin əsas detalı bundan ibarət idi ki, haqqında danışılan görüşün məhz Kamil Ekim Alptekin tərəfindən təşkil edildiyi bildirilirdi. İş adamının özü də “Asssociated Pfress” agentliyinə açıqlamasında bunu təsdiqləmişdi. Xatırladaq ki, təhsilini Niderlandda alan Alptekin 2002-ci ildə universitetdəki müəllimlərindən birinin dəstəyi ilə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində işə düzəlib.Komitənin sədri ilə Ağ Evi tez-tez ziyarət edən Alptəkin ABŞ-nin eks-prezidenti Corc Buşun iti Barni ilə də dostlaşır və rəsmi iclaslar yekunlaşana qədər vaxtını onunla keçirir. Hətta Corc Buş 2005-ci ildə gerçəkləşdirdiyi Niderland səfərinə Alptekini də aparmışdı və səfərdən sonra ona xüsusi təşəkkür məktubu ünvanlamışdı.Hazırda keçmiş model, Türkiyədə uğurlu karyera qurmağı bacaran Nigar Talıbzadə ilə evli olan Alptekin ilk dəfə 2007-ci ildə jurnalist Asslı Aydıntaşbaş ilə nikaha girmişdi. O zaman Alptekinin nikah şahidləri sabiq enerji və təbii sərvəttlər naziri Hilmi Güler və AKP Sakarya millət vəkili Şaban Dişli olmuşdu. Lakin cəmi bir il sonra cütlük boşanmışdı. Yeri gəlmişkən, barəsində ciddi rüşvət ittihamları səsləndirilən Dişlinin qardaşı FETÖ-nün çevriliş cəhdindən sonra həbs edilmişdi.Dişlinin özü isə “Akademi Ofset A.Ş.” şirkəti adından Mehmet Karasu ilə 31 avqust 2006-cı ildə imzaladığı bir sənədin ortaya çıxmasının ardından başlayan müzakirələr zamanı rüşvət ittihamını qəbul etməsə də, 2008-ci il sentyabrın 2-də istefa verməyə məcbur olmuşdu.Lakin başlayan qalmaqal bununla yekunlaşmadı. Yuxarıda adı çəkilən, “EA İnşaat” şirkətinin layihə danışmanı kimi təqdim olunan Mehmet Karasunun Alptekinlə bağlılığı haqda məlumatlar yayıldı. Məlum oldu ki, Alptekinə məxsus yüngül təyyarə istehsalı üzrə ixtisaslaşan “Eclipse Aerospace” şirkəti həm də “EA İnşaat”ın qurucu ortağıdır. Məlumata əsasən, “EA İnşaat” “Eclipse 500” təyyarələrinin Avropa və Yaxın Şərq ölkələri, həmçinin Türkiyə ilə Rusiya üzrə satış təmsilçisi olub.Alptekini diqqət mərkəzinə gətirən daha bir məqam onun ailə üzvləri ilə birlikdə Yunanıstanda istirahət edərkən doğmalarının istəyi ilə Türkiyədə təyyarə ilə onlara künəfə gətirtməsi olmuşdu. Bu detal Türkiyədə bir müddət müzakirə mövzusu kimi gündəmdə qalmışdı.İş adamının şəcərəsində də maraqlı detallar yer alır. Onun atası, müəllim işləyən və fəaliyyəti dayandırılan Türk İşçi Partiyasının (TİP) üzvü olan Sevinç Alptekinin 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra Niderlanda köçdüyü bildirilir. Sevinç Alptekin həm də tanınmış vəkil Sami Alptekinin böyük qardaşıdır. Sami Alptekinin həm də 1978-ci il oktyabrın 8-də baş verən Bağçalıevlər qətliamında öldürülən 7 TİP üzvünün dostu olduğu deyilir.www.yenicag.az