"Azərsun Holdinq"in şirkəti gömrükdə problem yaratdı - Barəsində protokol hazırlandı


Azərsun Holdinq"ə daxil olan şirkətlərdən "Sun Food" MMC məhkəməlik olub.
 

Sozcu.info xəbər verir ki , sözügedən şirkət gömrük qaydalarını "çeynəyib".

"Sun Food" MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, "Sun Food" MMC-nin nizamnamə kapitalı bu ilin ilk ayında 12 milyon azaldılaraq 122 milyon 500 min 20 manatdan 110 milyon 125 min 20 manat olub. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır.

İ.Yılmaz "Azersun Holdinq"də şatışüzrə baş direktor vəzifəində çalışır.


 

Mənbə: 32gun.az



Oxşar Xəbərlər

Xəbər lenti