8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivinin sakinkləri tərəfindən Hürriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçilər “Azərsu”dan narazıdırlar.
“Gəlin suyu çəkin, özümüz də maddi-mənəvi kömək edəcəyik”, -deyə “Azərsu” ASC-yə təklif edən şikayətçilər yazırlar:
“Prezident Aparatına da getmişik, şikayətimizi bildirmişik. Bizə dedilər ki, gedin tələb edin, tapşırıq vermişik”.
Susuzluqdan əziyyət çəkdiklərini deyən sakinlər bildirir ki, içməli suyu maşınlarla, baha qiymətə alırlar: “Prezident Aparatının tapşırığını “Azərsu” icra etmir. Qonşuluqda bir ailədə içməli su var, 15 ailədə isə yoxdur.
Xahiş edirik işıqlandırın, rəsmi qurujmlar bu dərdimizin həll yolunu tapsınlar”.
Məsələ ilə bağlı “Azərsu ASC”-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O bildirdi ki, Hövsanın bir hissəsində şəbəkə hələ qurulmadığından, həmin ərazilərə su çəkmək prosesi gecikir: “Bu proses təsdiqlənmiş layihələrə uyğun həyata keçirilir. Əvvəl Hövsanın bir çox yerlərində su yox idi, amma hal-hazırda bir çox ərazilərə su çəkilib, bir hissəsi qalıb. Mərhələlərlə digər ərazilərə də su çəkiləcək.
Bu gün Hövsanın böyük bir sahəsi su ilə təmin olunur, digər ərazilərdə qısa müddət ərzində problem öz həllini tapacaq”.
Şikayətçilərin video müraciətini oxuculara təqdim edirik:
Jalə FAMİLQIZI