Şəhid xanımının pensiyası kəsildi - ŞİKAYƏT / FOTO


Minayə İsmayılova: “Ömürlük kəsilən pensiyanı kim kəsib, nə səbəbə kəsib, bilinmir”

Gəncə şəhər sakini İsmayılova Minayə Məhəmməd qızı tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şəhid ailəsi iddia edir ki, onun pensiyasını qeyri-qanuni olaraq kəsiblər:

"Mən, İsmayılova Minayə Məhəmməd qızı, yazaraq sizə bildirirəm ki, şəhid ailəsi olaraq bu aya qədər pensiya almışam. İndi mənə deyirlər ki, pensiyanız kəsilib. Ömürlük kəsilən pensiyanı kim kəsib, nə səbəbə kəsib, bilinmir?! Bu qədər qanunsuzluq və haqsızlıq olar?

Mənim həyat yoldaşım İsmayılov Mübariz Məcid oğlu 1994-cü ildə Qarabağ uğrunda gedən müharibədə Şəhid olub. Həmin vaxtlar Mübariz Gəncədə "Lokomotiv"də maşinist işləyirdi. Mübariz Şəhid olandan sonra əmək haqqını mənə verdilər. Özüm ikinci qrup əliləm, bu aya qədər mən o pulu almışam. İndi pul keçməyəndə idarəyə zəng elədim, bildirdilər ki, Bakıdan bu qərarı ləğv ediblər.

Mən ölən günə kimi o pensiyanı almalıyam. Yaşımın bu vaxtı mənim pensiyamı kəsməkdə məqsədləri nədir? Neynəməliyəm, harada gedim, harada işləyim?!

“Təzə şəhid ailəsi”, “köhnə şəhid ailəsi” deyirlər. Bu, nə dərəcədə doğrudur?! Təzə şəhid ailələrinə düşür, köhnələrin isə pulunu kəsirlər. Bu necə bir anlayışdır?

Əlaqəli qurumlardan çox xahiş edirəm ki, belə qanunsuzluqlara yol verməsinlər, mənim müraciətimi cavabsız qoyulmasın və pensiyam bərpa olunsun”.



Oxşar Xəbərlər

Xəbər lenti