Mingəçevirdə işığı və istiliyi olmayan məktəblə bağlı AÇIQLAMA


Ötən gün Mingəçevir şəhər 20 nömrəli məktəbin müəllimi Günel Bəylərqızı öz sosial şəbəkə hesabında dərs dediyi tədris ocağından video paylaşıb.

Videoda şagirdlərin üst geyimində oturduğu görünür. Müəllim məktəbdə işığın olmamasından və istilik sisteminin işləməməsindən şikayətçidir.

O, daha öncə də problemlə bağlı rəsmi müraciət etdiyini, lakin nəticənin olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbin cari ilin payız-qış mövsümü başlamamışdan öncə istilik sisteminə baxış keçirilib, qazanxanada baş vermiş texniki problemlər aradan qaldırılaraq mövsümə hazırlıq işləri aparılıb:

"Ötən günlərdə qəflətən sözügedən məktəbdə yeraltı su xəttində sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində müvəqqəti problem yaranıb. Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları tərəfindən dərhal məktəbə baxış keçirilib, adekvat tədbirlər görülərək mövcud problem aradan qaldırılıb və müəssisənin istilik sistemi bərpa olunub".

Qeyd edək ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə növbəti həftənin birinci günündən etibarən istiliyin tam şəkildə təmin olunması həyata keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}