30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Qazax rayonu Əksipara kəndinə gedən magistral yolun kənarında (Çaylı kənd ərazisində) "yaşıl terror" baş verib. Ağaclar kütləvi şəkildə naməlum məqsədlər üçün doğranıb.
Sozcu.info 32gun.az-a istinadən xəbər verir ki bu barədə ki, Qazax rayon sakini Elnur Quliyev "Feysbuk"da video görüntü paylaşaraq ümumilikdə 42 ədəd ağacın kütləvi şəkildə kəsilməsi faktını diqqətə çatdırıb.
O bildirib ki, diametri müəyyən ölçülərdə 20 ədəd qovaq ağacı və 22 ədəd qoz ağacı kəsilib. Əlavə olaraq onu da qeyd edib ki,təbiəti qorumaq hər kəsin borcudur!
32gun.az xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Qazaxda bunun tam əksinə bu tapşırığın əksinə hərəkət edilir. Çünki Qazaxda "yaşıl terror" ilk dəfə baş vermir.