8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nizami rayonu, Rizvan Teymurov küçəsi, mənzil 49-da müvəqqəti məskunlaşan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Mahmudov Rəşid Xudayar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə aidiyyəti qurumlardan kömək istəyir:
“Mən, Mahmudov Rəşid Xudayar oğlu, I Qarabağ döyüşlərinin iştirakçısı olaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Özüm də, yoldaşımda Xocalıda yaralanmışıq. Hal-hazırda II qrup qaziyəm. 2023-cü ildə mənim əlilliyimi (qaziliyimi) kəsdilər. Komissiyadan keçdim, çünki kəsiləcəyimdən xəbərsiz idim.
Həmin ərəfədə bir şəxslə tanış oldum, o da məni aldatdı. Bu şəxsi tanıdığım vaxt artıq əlilliyim kəsilmişdi və o, mənə “11 min manat versən sənin işini düzəldərəm” dedi. Mənə ömürlük pensiya düzəldəcəyini dedi.
Yoldaşımın və özümün adına bankdan kredit götürüb, dediyi pulu ona verdik. Onlar iki nəfərdi: qadının adı Nəzrin, kişinin adı isə Təbriz idi. Özlərini “Bərpa Mərkəzi”ndə işləyən şəxslər kimi təqdim etmişdilər.
Pulu verəndən sonra hər iki şəxsə zəng çatmadı. Polisə məlumat verdim. Məni Nizami rayonu 25-ci bölməsindən dəvət etdilər. Orada Sadiq adlı tədqiqatçı işə baxırdı. Qızı tapıb gətirdi, amma Təbriz haqqında bizə heç bir məlumat vermədi.
Mən polisə müraciət etsəm də, həri ki şəxsin giriş-çıxışına stop qoyulmamışdı deyə, Təbriz Rusiyaya qaçmışdı.
Sadiq müəllim işi Baş İdarəyə göndərdi. Orada işə Əflatun Səlimov baxdı. Amma heç bir tədbir görülmür. Əflatun müəllimə deyirəm ki, Sadiq müəllim imkan yaratdı, Təbriz ölkədən qaçdı, indi siz qıza imkan yaradırsız ki, qaçsın. Mənə deyir ki, “işi düzgün aparıram”.
Biz vətəndaşlar polisdən kömək istəyirik, amma çox təssüf ki, bəzi polislər işlərini layiqincə görmürlər.
Mən heç yerdə işləmirəm, amma 11 min manat kredit ödəməliyəm. Çox xahiş edirəm, kömək edin, araşdırılma düzgün aparılsın. Ola bilər ki, bu qadının arxasında kimlərsə durur, ona görə polis ondan çəkinir. Polis qadına bir kəlmə söz demir, sanki aralarında nəsə bir anlaşma var. Xahiş edirəm, mənim məsələmi ictimailəşdirin, saxtakarlar cəzalandırılsın”.
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də təqdim edirik:
Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.