Maşınla qəsdən vurulduğunu iddia edən Qarabağ qazisi şikayətinə baxılmadığını deyir... - VİDEO, FOTO


Goranboy rayonu, Dəlimməmədli şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan Əhmədov Adil Eldar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu maşınla qəsdən vuran şəxsə heç bir cəza verilmir.
“Mən, Əhmədov adil Eldar oğlu, yazaraq bildirirəm ki, 1-ci və 2-ci Qarabağ müharibəsinin döyüşçüsüyəm. Mənim şikayətimə baxan yoxdur.
18.02.2024-cü ildə Həsənov Asif  Nizami oğlu tərəfindən qəsdən maşınla vurulmuşam. Vuran şəxs içkili və narkotikin təsiri altında olub. Necə etdilərsə, məni vuran şəxsin yerinə qardaşı Vasifi qoydular.

Özüm məni vuran şəxsi görmüşəm, sadəcə, həmin vaxt başım canıma qarışmışdı. Sonradan olanlardan məlumat tutanda polisə bildirdim ki, maşında Vasif olmayıb. Polis mənə deyir ki, mənim həmin ərazidə çoxlu agentlərim var, onlar hadisəni görüblər. Vurulan, yaralanan mən, polis mənə inanmır.

Belə nəticəyə gəlirəm ki, məni vuran şəxsin atası Həsənov Nizami polislə əlbir olub, cinayətkarı aradan çıxarıblar. Qarşı tərəflə barışıq ərizsi olmadan işimi ləğv ediblər.

Ekspertlərin rəyində bildirilib ki, cinayət tərkibli heç nə yoxdur. Ölməli idim ki, iş cinayət tərkibli olsun?

Qarabağ döyüşçüsünü rüşvətə satdılar, başqa adı yoxdur. Polis şərait yaradır, cinayətkarla qardaşı yer dəyişir. Gördüklərimi də yalan sayırlar. Videoya baxsanız görərsiniz ki, əlimi qaldırıb, "yavaş sür" deyirəm. O isə maşını qəsdən üstümə sürür. Amma polis deyir ki, cinayət tərkibli deyil". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti