8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ucar rayonu, Qaradağlı kənd sakini Əhmədova Rəhilə Şərif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlu Fərid xəstə olsa da, onu qanunsuz olaraq həqiqi hərbi xidmətə aparırlar:
“Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub, mənim ciddi xəstə oğlum - 01.04.2006-cı il tarixdə anadan olmuş Əhmədov Fərid Elçin oğlunu hərbi xidmətə aparmaq istəyirlər. Artıq buna dair çağırış vərəqi də bizə təqdim edilib.
Qeyd edim ki, oğlum Fəridin anadagəlmə ürəyi qüsurludur, ciddi epilepsiya xəstəsidir. Onda tez-tez tutmalar baş verir, ürəyi gedir.
Oğlum Fərid hərbi xidmətə yararsız olsa da, onu qanunsuz olaraq həqiqi hərbi xidmətə aparırlar. Bu açıq-aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub ediblər.
Qeyd edim ki, Fəridin atası Əhmədov Elçin Sırac oğlu eyni xəstəlikdən 2 il əvvəl vəfat edib. Bu xəstəlik onlarda irsidir. Mənim oğlum hərbi xidmətə aparılarsa orada öləcək ki, bunun məsuliyyəti saxtakar hərbi həkim komissiyasının üzərinə düşəcək. Buna görə, oğlum Fərid obyektiv müayinə olunmalı və ciddi xəstə olduğu üçün hərbi xidmətə aparılmamalıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin belə ciddi xəstəyə nə ehtiyacı var?! Mən mərkəzi orqanlardan xahiş edirəm, şikayətimi obyektiv araşdırılsın və ciddi tədbirlər görülsün”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.