General Məhərrəm Qafarovun rəhbəri olduğu şirkətin 2.8 milyonluq əmlakı müsadirə olundu — FOTOLAR(YENİLƏNİB)

Şirkətin saytında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov qeyd olunsa da, rəsmi məlumatlara görə, qurumun qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğludur.

Məhərrəm Qafarov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayorudur. O, 2023-cü ildə vəzifəsindən azad olunub.

Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 133 milyon manat civarındadır. (Teleqraf)

***
11:54


Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

Sozcu.info Teleqraf-a istinadən xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.

Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, “Aztəsərrüfat” MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.

 



Oxşar Xəbərlər

Xəbər lenti