8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lətifə Hüseynova: "Pulun hamısını ziyançəkənləri çağırıb bir-bir verdilər”
Rahib Hüseynovun Türkiyəyə necə qaçırılması haqda açıqlama verildi
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi – Lətifə və İsmayıl Hüseynovlar "Yeni Müsavat”a danışıblar.
Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb.
Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir.
Rahibin anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub.
"Belə allahsızlıq olmaz, Elnar gedib məni Binəqədi polisinə verib ki, xalam dəlidir, dəli olub, bizi gəlib narahat edir. Guya qorxuduram onları. Mənsə onların qapısını əlimlə döymüşəm” – deyən Lətifə Hüseynova baş verənlərdə bacısı oğlu Elnar Əsgərovu günahlandırır.
Onun sözlərinə görə, hər iki oğlu – Emin və Rahib Hüseynovlar "Azərbaycan Dəmir Yolları” QSC-də çalışıblar. Dəmir yollarının təchizatı məsələlərinə bacısı oğlu Elnar Əsgərov baxıb. Arif Əsgərov vəzifəsindən çıxarılandan sonra problemlər yaranıb.
L.Hüseynovanın sözlərinə görə, Elnar Əsgərov müxtəlif şəxslərdən milyonlarla manat pul alıb, həmin pullara görə illərlə böyük faizlər ödəyib. Pulların alınması, faizlərin verilməsinin qeydiyyatını da onun oğullarına həvalə edib.
"Dedim ki, Arif, qapını aç, dedi, mən qapı açan deyiləm!”
Lətifə Hüseynova deyir ki, Elnar Əsgərovun atası Arif Əsgərov onların – onun özünün və həyat yoldaşı İsmayıl Hüseynovun vasitəsilə iş üzrə zərərçəkənlərə 21 milyon manat pul ödəyib: "2 oğlum var, əziyyətlə, xəstəliklə əmələ gəlmiş uşaqlardır. İkisi də yoxdur. Biri 9 il iş alıb, biri də hazırda yoxdur. İtib, bilmirəm, qaçıb, bilmirəm, öldürüblər, bilmirəm. Bu dəqiqə yoxdur. Məhkəmədən yayınıb. Rahib məhkəməyə gedən gün dedi ki, məni bu gün tutacaqlar, son söz deyiblər. Son sözdən sonra tutulmalıyam, prokuror mənə 10 il iş istəyib. Dedim ki, Rahib, iş xitam olunub, sənə 10 il oxumazlar, özündən söz çıxarma. Dedi ki, yox, görərsən. Mən onunla bərabər məhkəməyə getmədim. Özü tək getdi. Səhər 10-a işləmiş, 10-un yarısı olardı evdən çıxıb. O çıxan oldu, o yer qalmayıb ki, axtarmayaq. Bununla əlaqədar bacım Xatının oğlunun qapısına getdim. Səs çıxmadı. 3 ev yuxarıda bacımın evidir. Ora gedib qapını döydüm. İçəridən səs gəldi, dedi ki, bacın evdə yoxdur, Novxanıya gedib. Səs Arifin (Əsgərovun) səsi idi.
Dedim ki, Arif, qapını aç, dedi ki, mən qapı açan deyiləm. 15 dəqiqə sonra, orada durmuşdum, yağış da yağırdı, "oxranları” (gözətçi – red.) var, Əbdül, içəridən dedi ki, yoxdurlar evdə, 5 gün sonra olacaqlar. Orada qapıda danışdım, dedi ki, ay Arif müəllim, ay bacım, kimə deyim dərdimi, axı biz pis olmamışıq, niyə bu günlərə qaldıq. Evə qayıtdım. Belə allahsızlıq olmaz, Elnar gedib məni Binəqədi polisinə verib ki, xalam dəlidir, dəli olub, bizi gəlib narahat edir. Guya qorxuduram onları. Mənsə onların qapısını əlimlə döymüşəm. Onların qapısına gedib çəkiliş apardılar. Dedim ki, mənim oğlanlarımı tutduran bu villaların yiyəsidir. Birinə 9 il iş verib. O biri də yoxdur, bilmirəm ölüsü var, dirisi var, qaçıb. Vəkilə yalvardım ki, sən hakimə yalvar-yapış elə ki, axtarış verməsin, bəlkə özü gəldi. Eminin qızlarına dedim ki, telefonuna mesaj göndər, bəlkə üzə çıxar. Oğlumdan hələ ki səs-soraq yoxdur. Özümünkülər mənim oğlanlarımı bada verdi. Eminə 9 il iş, Rahib də yoxdur”.
"Elnar, bu işlərin başında sən durdun, sən elədin”
Lətifə Hüseynova deyir ki, oğlanlarını həbsə yollamaqla bacısı oğlu Elnar Əsgərov özünü təmizə çıxarmaq istəyir. Buna görə də iş üzrə zərərçəkən Emin Məmmədova təzyiq göstərilib: "Ay Elnar, sənə müraciət edirəm, niyə belə şeylər elədin? Elnar, bu işlərin başında sən durdun, sən elədin. Bu kitabların hamısını sən yazdırmısan Rahibə. Sənin icazənlə olub, ay Elnar. O, dəmir yolunda ləyaqətlə işləyirdi. Niyə onu o günə qoydun? Mən sənə dəfələrlə müraciət etdim. Deyir ki, xəbərim yoxdur, işim ancaq Eminlədir. Eminə ona görə 9 il iş verdirdin? Emin mənim işçim olub deyirdin. Məmmədov Emin Kərim oğlunu gizlətdin, qorxutdun. Hər dəfə qardaşımın qapısına yığışırdıq. Hamı ora yığışırdı. Orada sən Elnar oğlumu qorxudurdun ki, birdən atamın yanında Eminin adını çəkərsən. Dəfələrlə o sözünün şahidi olmuşam mən. Hələ Türkiyə məsələsindən danışmıram. Oğlum Emin Hüseynov Emin Məmmədovun adını çəkmədi, gizlətdi. Axı sən niyə işi yoluna qoymadın?Emin Məmmədov mənə deyir ki, sən məni aldatmısan. Qardaşın izahat verib ki, pulu bacım verib, aparıb Elnara vermişəm, Elnar da sənə verib. Ancaq Emin sübut edir, danışıq var, qeydiyyat və mesajları var. Deyir ki, Elnar mənə 3 dəfə pul verib, hətta verdiyi pulları da danır. Deyir ki, mənim Emin Hüseynovluq işim yoxdur, onu tutdurmaq istəmirəm. Mən Emin Hüseynova pul verməmişəm ki, ondan da pul istəyim.
Deyir ki, sənin qardaşın gəlib ifadə verib əleyhimə. Mən sonradan Daxili İşlər Nazirliyinə gedəndə gördüm ki, qardaşımın elə ifadəsi var. Elnar, axı sən Məmmədov Emin Kərim oğluna 3 dəfə pul vermisən, 500 min bir, 200 min bir, 100 min bir. Axırıncı 100 mini verəndə də oğlum Emin pulu sayıb, görüb ki, 70 mindir. Sənə təkrarən qayıdıb zəng edib, demisən ki, sürücü pul torbasını səhv verib. Belə işləri, Elnar, sən necə gizlədə bilərsən?! Kərim oğlu Emin bu işləri oğlum Emin İsmayıl oğlunun üstünə yıxır. Bu qədər allahsızlıq olar?! O, yadlığı ilə bunu eləmir, ay Elnar. Sən Elnar allahsızlıq edirsən. Niyə? Niyə belə edirsən? Düşmənçiliyin var, gülləni götür, birini dədəsinin, birini mənim, birini Eminin, birini də Rahibin başına vur. Onsuz da ailələri dağıldı. İndi nə istəyirsən? Emini tutdurdun. Rahibdən nə istəyirsən?”
"Rahibə kim idi o milyonları verən?”
Elnar Əsgərovun xalası deyir ki, oğlu Rahib Hüseynov öz işi ilə məşğul olub. Bacısı oğlu isə onu hazırda məhkəmədə araşdırılan işlərə qatıb. Lətifə Hüseynova faiz ödənişi, pul alınıb-verilməsi haqda qalın bir kitabı göstərir və deyir ki, həmin kitabda Elnar Əsgərovun kimlərdən nə qədər pul alması, nə qədər faiz verməsi, gündəlik xərclər və digər xərclərin qeydiyyatını aparıb. O, 4 belə kitabın olduğunu və istintaqa da təqdim etdiklərini bildirir. Bu gün də evlərində müxtəlif şəxslərə pul alınıb-verilməsini təqdim edən çoxsaylı sənədlər var:
"Sən dəfələrlə demisən ki, Rahib dəmir yolunda normal işlədiyi yerdə onu bu işə qatdın. Dəmir yoluna verdiyin malların çoxunu onun əli ilə verdirdin. O işlərin hamısının kağızları evdədir. Ev doludur kağızlarla. Hətta bu kitablara baxıram, burada kimə nə verib sənin icazənlə, sənin faizlərindir camaata verilib. O camaatı bir-bir hakim çağırdı, dindirdi. Bu kitabları biz istintaqa verdik, Elnar. Bu kitablar, 2013-cü ilə qədər sənin sədrliyin altında, göstərişin altında yazılıb, Elnar. Rahib kim idi ki, siyahı tuta? Rahibə kim idi o milyonları verən? Qoşqar bu evdə dedi ki, İsmayıl dayı, Rahibə milyon vermərəm. Mən çoban oğluna milyon vermərəm. Səndən çox xahiş edirəm, böyük bacanaqsan, get Arif (Əsgərov) müəllimi başa sal, pullar sənin oğluna verilib, ay Arif (Əsgərov) müəllim. İsmayıl da dedi ki, mən Arifə (Əsgərov) pul verməmişəm ki, gedim ondan pul istəyim. Dedi, mən 10 milyon pul vermişəm, müəyyən hissəsini almışam, müəyyən hissəsini ala bilmirəm. Qoşqar söhbətindən sonra bizi düşmən elan etdilər, qapıya da qoymadılar. Bu kitabların hamısını ekspertə də verdik. Bu kitablarda kimə nə verib, hamısını yazıb. Hətta özünün maaşını da yazıb Elnara göstərmək üçün. Elnarın işçisi kimi ona ”atçot” verib. Oğlum Emin Hüseynovda heç bir qeydiyyat yox idi. Elnargildə yığışanda o, atasına dedi ki, Emin mənlikdir. Atana da etiraf etdin. Bu gün isə danırsan. Oğlanlarım ölsə, sən nə qazanacaqsan? Məni küçələrdə qoymusan. Başqalarının qapısında qalmışam. Türmə qapılarında qalmışam”.
"Ora 21 milyon manata yaxın pul daşıyıb apardıq. Onun hamısını ziyançəkənləri çağırıb bir-bir pulunu verdilər”
Lətifə Hüseynova deyir ki, oğlunun günahı Elnar Əsgərovun tapşırıqlarını yerinə yetirmək olub. Lakin problem yaranandan sonra Elnar Əsgərov yaxasını kənara çəkib və onun ödladlarını qabağa verib:
"İş üzrə zərərçəkən var, Emin Məmmədov. Məhkəmədə dedi ki, Elnar mənim pulumu versin, sizin nə qədər xərciniz var, çəkəcəyəm. Dedi ki, Elnarın danmağına baxma, mən Elnardan pulumu alacağam. Mən Emin Məmmədovun səsini sizə verərəm. Orada Emin Məmmədov pulunu istəyir. İndiyə qədər biz ”Bandotdel”ə Arif (Əsgərov) bədbəxtin pullarını daşıyıb aparıb verdik. Orada müstəntiq var, Canpolad Daanov, ona verdirdik. Ora 21 milyon manata yaxın pul daşıyıb apardıq. Onun hamısını ziyançəkənləri çağırıb bir-bir pulunu verdilər.
Sağ olsun Mirqafar Seyidov, o işi obyektiv apardı. 11 ay sonra Rahibin barəsində xitam qərarı verildi. Elnar, niyə xitam qərarını pozdurdun? İndi Rahibi tutdurursan ki, adın təmizə çıxsın? Onsuz da 11 ay sənin adını təmizə çıxardıq, nə mən, nə də Rahib sənin adını istintaqda çəkmədik. Ziyançəkənlərin pullarını ödədin, qurtardın. Elnar, sən atanın yanında bəraət almaq üçün bu oyunları çıxardın. "Bandotdel”də oğlum 11 ay saxlanıldı, axırda xitam qərarı verildi. Ümidimiz prezidentədir. Möhtərəm prezidentə müraciət edirəm ki, işi yenidən ibtidai istintaqa qaytarsınlar. Eminin də, Rahibin də işini yenidən araşdırsınlar”.
Lətifə Hüseynova oğlunun Türkiyəyə qaçırılması, orada Elnar Əsgərovun nəzarəti altında saxlanılması ilə bağlı da olduqca ilginc açıqlamalar verib.
(Ardı növbəti sayımızda)